“Xalq artistidir, gənc ifaçıları aşağılayır”

Xəbər.info.az

“İstər bizdən yaşca böyük sənətkarlar, istər bu sahədə illərlə çalışan insanlar yeni ifaçılarla bağlı danışanda etiket qaydalarına riayət etsinlər”.

Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində müğənni Damla Xalq artisti Tünzalə Ağayeva barədə sualı cavablandırarkən deyib.

O, “33 sual” rubrikasında sənətçinin “Ağıllılar, işini bilənlər kənara çəkiləcəksə, övladlarımız yazıqdır, onların zövqü nə olacaq? Bu meydan meymunlara qalsın?” sözlərinə belə münasibət bildirib:

“Bu gün mən gənc sayılıram, hansısa Xalq artisti əl sallayaraq və kəskin şəkildə çox sərt halda təhqir edirsə, illər sonra mən də eyni reaksiyanı gələcəkdəki gənc ifaçılara qarşı verəcəm. Çünki belə görüb götürmüşəm axı. Baxıram ki, Xalq artistidir, yeni gələn ifaçını aşağılayır. Mən də gələcəkdə onun kimi olsam, eynisini etməliyəm. Bizi təhqir etmək, yaradıcılığımızı gülüş obyektinə çevirmək, ələ salmaq olmaz. Yaxşı status qazanmısansa, ona layiq çıxış etməlisən. Tünzalə xanım uzun illər pedaqoq kimi fəaliyyət göstərib. Gözəl bəstəkardır. O cığır, o səpki və o adı olan bir xanım daha gözəl çıxış edə bilərdi”.

"Xalq artistidir, gənc ifaçıları aşağılayır"

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edən üç nəfərin kimliyi bilindi

“İstər bizdən yaşca böyük sənətkarlar, istər bu sahədə illərlə çalışan insanlar yeni ifaçılarla bağlı danışanda etiket qaydalarına riayət etsinlər”. Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində müğənni Damla Xalq artisti Tünzalə Ağayeva barədə sualı cavablandırarkən deyib. O, “33 sual” rubrikasında sənətçinin “Ağıllılar, işini bilənlər kənara çəkiləcəksə, övladlarımız […]

Subscribe US Now