Türkiyədə avtobus aşdı: 30-dan çox yaralı

Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

XEBER.İNFO.AZ  Trend-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun dərəyə aşması nəticəsində 33 nəfər xəsarət alıb.

Yaralıların hamısı Türkiyə vətəndaşıdır. Onlar xəstəxanaya yerləşdirilib, 5-nin vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir