Tərtərdə Məişət zorakılığı ilə bağlı psixoloqlar üçün təlim təşkil edilib.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyiMəişət zorakılığı ilə üzləşən ailələrdə uşaq hüquqlarının müdafiəsi məqsədilə psixoloqların rolunun gücləndirilməsi” layihəsi çərçivəsində“Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq və ailələrlə sosial və psixoloji iş” mövzusunda məktəb psixoloqlarının iştirakı ilə Tərtər rayonunda 04-06 oktyabr 2019-cu il tarixlərini əhatə edən 3 günlük təlimin  keçirilməsinə başlanmışdır.

Təlimə Tərtər, Beyləqan, Ağdam, Bərdə və Goranboy rayonlarından olan 25 məktəb psixoloqu cəlb edilmişdir. Təlimin ilk günü Tərtər rayon İcra Hakimiyyətinin Başçısının müavini Elvin Umudov, Tərtər rayon Təhsil şöbəsinin əməkdaşları  iştirak etmişlər.  Təlimçi, sosial iş üzrə mütəxxəsis Güllarə Pənahova tərəfindən təlim zamanı          Sosial işin əsas elementləri,  Məişət zorakılığı ilə üzləşən ailələrlə sosial iş, uşaq hüquqlarının müdafiəsi və  valideyn məsuliyyəti, məzələləri mövzusunda təqdimatlar və müzakirələr  olmuş, qrup işləri həyata keçirilmişdir.

Təlimin gedişində növbəti günlərdə   Psixoloji xidmət haqqında qanun, Təhsildə uşaqlarla psixoloji işin təşkili, Psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri,  Psixodiaqnostika,  Psixokonsultasiya, Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaqlara psixoloji dəstək və psixoloji xidmət mövzuları tədris ediləcək, müxtəlif qiymətləndirmə formaları, qrup işi və rol oyunu,  problemli situasiya üzrə psixoloji konsultasiya praktiki iş aparılacaqdır. Təlimdən sonra qeyd edilən rayonlardan təlimdə iştirak etmiş psixoloqlar əldə edilmiş biliklərlə psixoloji xidmət göstərərək hesabat hazırlayib təqdim etməsi nəzərdə tutulur.

 Qeyd edək ki, Layihənin əsas məqsədi məktəb psixoloqlarının bilik və bacarıqlarının artırmaqla, uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirmək, məişət zorakılığına məruz qalmiş ailələrdə uşaq hüquqlarının  qorunmasında məktəb psixoloqlarının rolunun gücləndirmək təşkl edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir