Sumqayıtda ağır qəza – Ölənlər var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

XEBER.İNFO.AZ Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir