Mətbuat Şurası KİV-lərə müraciət etdi

Xəbər.info.az

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatından da göründüyü kimi, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılır və saxlanılacaq. Buna görə də şura kütləvi informasiya vasitələrini rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırır. Bu barədə Azərbaycan Mətbuat Şurasının saytında yerləşdirilən məlumatda deyilir. […]

Paytaxtda 27 yaşlı gənc bıçaqlanıb

Xəbər.info.az

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. 1993-cü il təvəllüdlü İbrahimzadə Elvin Elçin oğlu naməlum şəxslərlə mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Alimlərdən şad xəbər: COVID-19 zərərsizləşdirildi

Xəbər.info.az

Belçikanın Gent Universitetinin Flamand Biotexnoligiya İnstitutu koronavirusa qarşı vaksinin hazırlanmasında əhəmiyyətli yol qət olunduğunu açıqlayıb. “HaberGlobal”ın məlumatına görə, İnstitutun alimlərindən professor Xavyer Salens laboratoriya şəraitində COVID-19-u zərərsizləşdirdiklərini qeyd edib. Üniversitetin “Twitter” hesabından verilən açıqlamada Xavyer Salens və Gent Universitetinin Tibbi Biotexnologiya Mərkəzinin araşdırma qrupu tərəfindən potensial COVID-19 virusunun müalicəsi sahəsində […]

Zahid Oruc parlamentin keçmiş fəaliyyətini TƏNQİD ETDİ

Xəbər.info.az

“Əminəm ki, parlamentdə müzakirələr açıq olacaq və hər kəsə bərabər şərait yaradılacaq”. Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Onun sözlərinə görə, Milli Məclisin komitələrində, yüksək vəzifələrdə siyasi partiyaların nümayəndələri təmsil olunur: “Biz bəzən 39 məsələni 1 saata bitirmiş olurduq. Biz kəmiyyətə […]

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Bərdə və Ağdaş rayonlarının sakinlərini qəbul edib

Xəbər.info.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov martın 12-də Bərdədə Tərtər, Yevlax, Zərdab və Bərdə […]

İCRA BAŞÇISINA AĞIR İTKİ ÜZ VERİB

Xəbər.info.az

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə ağır itki üz verib.ARANTV.AZ xəbər verir ki, icra başçısının əmisi İsayev Rafiq Xanlar oğlu 83 yaşında vəfat edib.ARANTV.AZ kollektivi dərin hüzünlə icra başçısına  başsağlığı verir.Allah rəhmət eləsin.

Ramiz Mehdiyev koronavirusla bağlı sərəncam imzaladı – SİYAHI

Xəbər.info.az

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə aşağıdakılar tapşırılıb: – Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın, – İşçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın, – AMEA-nın müvafiq […]

Əli Əsədovdan yeni QƏRAR – Bu təşkilatlar vergidən azad edildilər

Xəbər.info.az

“Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla aidiyyəti dövlət orqanlarına tapşırıq verilib. Tapşırıqda deyilir ki, bu qərarla təsdiq edilmiş meyarlara cavab verən […]

Rozadan Namiqlə bağlı qalmaqallı sözlər

Xəbər.info.az

Müğənni Roza Zərgərli küsülü olduğu meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı qalmaqallı açıqlama verib.Axşam.az xəbər verir ki, sənətçi “X Maqazin”də ona ünvanlanan sənətçi adlarına münasibət bildirib.Namiqin adı çəkiləndə isə Roza “Xaraktersizdir… Onun haqda elə fikirdəyəm. Dediyinin üstündə durmur” cavabını verib. Qeyd edək ki, ikili arasındakı gərginliyin səbəbi Namiqin Rozanın verilişinə gəlməyə […]

Azərbaycanlı məşhurun qızı karantinə alındı – FOTO

Xəbər.info.az

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb. Bu barədə A.Salahova şəxsi “Facebook” hesabından paylaşım edib. Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib. Qeyd edək […]

Neft bazarında aşağı qiymət həyəcanı səngimir

Xəbər.info.az

Hökumət dollara olan tələbatı qarşılayır, ekspertlər isə iqtisadiyyatı gözləyən başqa təhlükələri göstərirlər Bu günlərdə Azərbaycan əhalisini narahat edən başlıca məsələ dünya neft bazarında gedən proseslərdir. İnsanlar 2014-2015-ci illərdəki böhranın təkrarlanması, manatın devalvasiyaya uğraması qorxusu ilə kütləvi şəkildə banklara axışıb, əllərində olan manatı dollara dəyişməyə çalışırlar. Neft bazarında isə vəziyyət getdikcə […]

ABŞ Ermənistanı yeni inqilaba və Azərbaycanla sülhə hazırlayır – iddia

Xəbər.info.az

Ayrılan böyük qrantın ilginc hədəfi; Vaşinqton “məxməri inqilab”dan və onun rəhbərindən məyusdur, Moskva isə Paşinyana etibar eləmir – səbəblər… Ermənistanda 2018-ci il mayın 8-də baş tutmuş “məxməri inqilab”a ABŞ-ın real dəstəyi danılmaz faktdır. Bir çox amerikalı siyasilərin və təhlilçilərin də etiraf elədiyi kimi, konkret olaraq İrəvandakı ABŞ səfirliyi Serj Sərkisyan […]

Norveç kralı karantinə yerləşdirilib

Xəbər.info.az

Norveç Kralı V Harald və kraliça Sonya koronavirus pandemiyası ilə bağlı karantinə yerləşdirilib. Bu barədə Norveçin “TV 2” telekanalı xəbər verir. Qərar kral ailəsinin səfərləri ilə bağlı qəbul edilib: bu yaxınlarda cütlük İordaniyadan qayıdıb. Qeyd etmək lazımdır ki, bundan əlavə ölkənin bir sıra məmuru, o cümlədən, XİN rəhbəri İne Eriksen […]

Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

Xəbər.info.az

Qaxda 23 yaşlı qız əməliyyatda ölüb. Hadisə Qax rayon Xəstəxanasında baş verib. Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında LOR həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib. Qızın halı cərrahiyyə masasında qəflətən pisləşib və o, vəfat edib. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin […]

“Çelsi”nin futbolçusu koronavirusa yoluxdu

Xəbər.info.az

“Çelsi” bəyan edib ki müdafiəçisi Kolum Hadson-Odoyun koronavirusla bağlı təhlilləri müsbət çıxıb. Sports.ru xəbər verir ki, 19 yaşlı futbolçu ilə təmasda olan hər kəs təcrid olunacaq. Bu, klubun bütün oyunçularına və məşqçilərinə aiddir. Məlumata əsasən, koronavirusa yoluxan futbolçu özünü yaxşı hiss edir.

Bərdədə Qəssəbxanalarda Antisanitariya Tüğyan Edir Foto+Videofakt

Xəbər.info.az

Bərdə rayon təzə bazar ərazisində qəssəbxanalarda antisanitariya baş alıb gedir.Gündəlik hamımızın istifadə etdiyimiz ətin hansı şəraitdə , necə və nəcür kəsildiyini əyər cözlərimizlə görsək bəlkədə çoxlarımız ətdən imtina edərdik.Qəssəfxanalar yol kənarlarında uşaqarın , böyuklərin gözü qarşısında heyvanları kəsirlər.Kəsdikdən sonra isə yolun kənarlarına asaraq səhərdən axşama qədər heyvanın cəmdəkləri çöldə asılı […]

Zakir İbrahimov: “İnsanları düzgün qiymətləndirmə uğurlu idarəçidə vacib keyfiyyətdir” – VİDEO

Xəbər.info.az

“Yüksəliş” müsabiqəsi onlayn mərhələni geridə qoydu. Müsabiqədə potensialını lazımınca göstərə bilənlər artıq yeni imkanlara və təcrübələrə doğru yola çıxırlar. Təbii ki, bu uğurlu yolda namizədlərin ölkənin böyük təcrübəyə malik peşəkarları, şirkətlərin, dövlət qurumlarının rəhbərləri ilə görüşü baş tutacaq. Onlar əyani şəkildə idarəçi menecerlərin iş mühitində peşəkar tövsiyələrindən yararlanacaqlar. Bildiyiniz kimi, “Yüksəliş” […]

Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb – VİDEO

Xəbər.info.az

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun gəlini Samirə Bəşirovaya üç yaşlı qızı Miray geri qaytarılıb. Bu, martın 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra baş verib. Bu barədə Oxu.Az-a Samirə Bəşirova məlumat verib. Xatırladaq ki, o, əri Tamerlan Bəşirovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Bu zəmində Azərbaycan əsilli rusiyalı […]

İlham Əliyev üç ölkəyə səfir təyin etdi

Xəbər.info.az

Prezident İlham Əliyev Azərbaycanın üç ölkədə səfirlərini təyin edib.  Bununla bağlı müvafiq sənədlər AZƏRTAC-da dərc olunub. Prezidentin sərəncamı ilə Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. İlham Əliyevin növbəti sərəncamı ilə Adış […]

Ağciyər Xəstəlikləri İnstitutunda 71 yaşlı xəstə öldü

Xəbər.info.az

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb.  Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1949-cu il təvəllüdlü xəstə ETACXİ-na 06.03.2020-ci il tarixində saat 22.45-də Göyçay RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, ikitərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI […]

Çınqıllı ərazidə yetişən yapon tut tingləri – VİDEO

Xəbər.info.az

Mingəçevirdə yetişdirilən yapon sortlu tut tingləri yerlilərdən yarpaqlarının iriliyi və çox olması ilə seçilir.  Baku.Tv xəbər verir ki, şəhər sakini Rizvan Mustafayev beş il əvvəl Tərtər rayonundan “yapon gəri” adlanan tingləri alaraq Mingəçevirdə əkib.  Ötən ilə qədər dörd min tingdən alınan yarpağı təsərrüfat sahibi Yevlax, Ağdaş və digər qonşu rayonlardan olan baramaçılara […]

Putin “ömürlük prezident” modelini seçir – dünya və rus xalqı nə deyəcək…

Xəbər.info.az

Politoloq: “Dünya gözümüzün önündə sürətlə dəyişir, qarşıdakı 4 ildə ciddi dəyişikliklərin şahidi ola bilərik…” Martın 11-də Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması ölkə konstitusiyasına dəyişikliklər layihəsini son oxunuşda qəbul edib. Rusiya Dövlət Duması prezident Vladimir Putinin səlahiyyət müddətinin artırılması üçün konstitusiyaya dəyişikliyi nəzərdə tutan sənədi qəbul edib. Qanunun referendumla […]

Subscribe US Now