Azərbaycanda koronavirusla bağlı bir milyard manat ayrıldı – SƏRƏNCAM

Xəbər.info.az

Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. AZƏRTAC-ın məlumatına görə, Sərəncamda deyilir: Son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə […]

Polis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı payladı – FOTO

Xəbər.info.az

Samux Rayon Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram […]

Qazaxda yanğın: 15 min cücə, 400 bildirçin yanıb – FOTO

Xəbər.info.az

Qazax rayonu ərazisində yerləşən cücə sexində yanğın hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib. Kənd sakini, Anar Kərimova məxsus və ümumi sahəsi 600 kvm olan sexdə baş vermiş yanğın zamanı sexin içərisində olan avadanlıqlar və 400-ə yaxın bildirçin quşu, həmçinin 15 000 cücə yanıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar […]

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda dörd İşçi qrupu yaradılır

Xəbər.info.az

Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır. AZƏRTAC xəbər verir ki, pandemiyanın Azərbaycan […]

Klub prezidenti koronavirusa görə futbolçuların müqaviləsini ləğv etdi

Xəbər.info.az

İsveçrədə koronavirus pandemiyasına görə idman yarışları təxirə salındığı üçün futbol klublarında da iş dayanıb. “Sion” klubunda bu qərar rəhbərliklə futbolçular arasında problemə çevrilib.  Sports.ru-nun məlumatına görə, klub prezidenti oyunçuların maaşlarını azaltmaq fikrinə düşüb. Oyunçular isə bu qərarla razılaşmayıblar. Nəticədə klub rəhbəri çıxış yolu olaraq bütün futbolçuların müqaviləsini ləğv edib.

Tramp G7 ölkələri liderlərinin görüşünü ləğv edəcək

Xəbər.info.az

ABŞ Prezidenti Donald Tramp iyunda Kemp-Deviddə keçirilməsi nəzərdə tutulan G7 ölkələri liderlərinin görüşünü ləğv edəcək. “Reuters” xəbər verir ki, Tramp həmkarları ilə videogörüntü ilə söhbət etməyi planlaşdırır. ABŞ prezidenti klubun üzvlərinin artıq bundan xəbərdar olduğunu qeyd edib. “Yeddilik” liderlərinin videogörüşməsi aprel və may aylarında baş tutacaq.

Azərbaycana bahar gəldi

Xəbər.info.az

Azərbaycana yaz fəsli daxil olub. Bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 07:49:36-da daxil olacaq.  Bu gündən Günəş öz orbiti üzrə hərəkət edərək, göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün […]

DSX rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi – FOTO

Xəbər.info.az

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Novruz” bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik […]

Məşhur müğənnilər karantində olanlar üçün konsert verdilər – VİDEO

Xəbər.info.az

Türkiyənin məşhur müğənniləri Sıla və Yalın koronavirusla bağlı evdən çölə çıxmayanlar üçün konsert veriblər. “HaberGlobal”ın məlumatına görə, müğənnilər evlərindən izləyiciləri üçün “Instagram”dan canlı yayım təşkil ediblər. Onlar #EvdəKalTürkiye həştəqi ilə başlayan kampaniyaya qoşularaq, sevilən mahnılarını səsləndiriblər. B

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO

Xəbər.info.az

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.  Mehriban Əliyevanın “Instagram” hesabında paylaşılmış təbrik mətnində deyilir: “Əziz həmvətənlər! Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram […]

Türkiyədə bütün milli və beynəlxalq tədbirlər aprelin sonunadək təxirə salındı

Xəbər.info.az

Türkiyədə açıq və ya qapalı formada keçiriləcək bütün görüş və ya fəaliyyətlər aprel ayının sonuna qədər təxirə salınıb. “HaberGlobal” bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də yayımlanan xəbərə əsasən məlumat yayıb. Koronavirus pandemiyasının Türkiyədə yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü vurğulanan təlimatda qeyd edilir: “Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını […]

Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi

Xəbər.info.az

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət edib. Musavat.com M.Əliyevanın müraciətini təqdim edir: Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, […]

Prezident: “Ölkəmizdə koronavirusun yayılması geniş vüsət almayıb”

Xəbər.info.az

“Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi […]

Prezident İlham Əliyevdən xalqa koronavirusla bağlı çağırış – VİDEO

Xəbər.info.az

“İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir”. BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında deyib. Ölkə başçısı söyləyib ki, Azərbaycan bu istiqamətdə (koronavirusa qarşı mübarizə sahəsində) önləyici tədbirlər […]

Prezidentin sərəncamı: Koronavirusa qarşı mübarizə aparan həkimlərə böyük dəstək veriləcək

Xəbər.info.az

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti  sərəncam imzalayıb. Musavat.com həmin sərəncamı təqdim edir: “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin […]

Hadisəyə ağır itki üz verib: Koronavirusa görə dəfnə gedə bilmir

Xəbər.info.az

Türkiyəli müğənni Hadisəyə ağır itki üz verib. Musavat.com xəbər verir ki, sənətçi sosial media hesabında bibisinin vəfat etdiyini, lakin koronavirusa görə yasda iştirak edə bilmədiyini açıqlayıb:  “Bu qorxulu zamanda sevdiyini itirməyin necə kədərli olduğunu sizə başa sala bilmərəm. Bibimin yeri məndə başqa idi, ikinci anam sayırdım. Yerin cənnət olsun. Yanına […]

Putin referendumu Leninin doğum gününə təyin etdi

Xəbər.info.az

Ekspert: “Onun saxtakarlığa ehtiyacı yoxdur, çünki ölkədə reytinqi çox yüksəkdir” Rusiya prezidenti Vladimir Putin 22 apreldə konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsi təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətni Kremlin rəsmi saytında dərc olunub. Putin bildirib ki, əgər vəziyyət tələb edərsə səsvermə təxirə salınaraq başqa vaxta təyin edilə bilər. Onun […]

Ermənistan atəşkəs rejimini yenə pozdu

Xəbər.info.az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonunun Cil […]

Sabiq MMA döyüşçüsü bir neçə qətl törətməkdə şübhəli bilinir

Xəbər.info.az

Sabiq MMA döyüşçüsü Sedrik Marks bir kişini və iki qadını öldürməkdə şübhəli bilinir. “Associated Press” xəbər verir ki, Marks 2009-cu ildə uşağının anasını öldürməkdə ittiham edilir. Bundan əlavə, sabiq döyüşçünün ötən il rəfiqəsini və naməlum bir kişini qətlə yetirdiyi ehtimal edilir. Qeyd edək ki, S.Marks 1999-2018-ci illərdə peşəkar rinqdə çıxış edib. […]

Azərbaycanda “Təhlükəsizliyimiz milli həmrəyliyimizdədir” adlı sosial çarx çəkildi – VİDEO

Xəbər.info.az

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində növbəti sosial promoçarx çəkilib. Oxu.Az xəbər verir ki, videoçarx vətəndaşlarımızı cürbəcür əsassız şayiələrə inanmaqdan çəkindirmək və xəstəliyin dünyada tüğyan etdiyi dönəmdə gigiyena qaydalarına ciddi yanaşmağı təşviq etmək məqsədi daşıyır. Həmçinin, videoçarxın müəllifləri xalqımıza yaşlı, xüsusən də kimsəsiz insanlara biganə qalmamağı tövsiyə edir. Həqiqətən də, bizim təhlükəsizliyimiz milli […]

Rusiyada 50 yaşlı ata yeniyetmə qızına təcavüz edib

Xəbər.info.az

Rusiyanın Saratov bölgəsində məhkəmə bir neçə ay müddətində yeniyetmə qızına təcavüz edən pedofil ata haqqında qərar çıxardıb. “Ren TV” xəbər verir ki, 50 yaşlı cinayətkar 16 yaşlı qızını ən azı üç dəfə zorlamaqda günahlı bilinib. 2018-ci ilin may-dekabr aylarında təcavüzə məruz qalan qız qorxudan başına gələnləri heç kimə etiraf etməyib. […]

Subscribe US Now