“O mövzulara girmək istəmirəm” – Aygün Kazımova

Xalq artisti Aygün Kazımova ötən gün tədbirlərin birində görüntülənib. XEBER.İNFO.AZ xəbər verir ki, Axşam.az-a son klipindən razı qaldığını deyən sənətçi bundan sonra öncədən işləri ilə bağlı heç bir məlumat verməyəcəyini söyləyib: “Bu aralar çox əlayam. Yeni fotossesiyamız oldu, ordan da görüntünü fanatlarım hər yerə yaydı. Ancaq özümə söz vermişəm ki, bundan sonra planlarımı açıqlamayacam”. Kazımova son zamanlar cəmiyyətdə baş verən hadisələri izlədiyini də bildirib: “Bir çox şeylərdən xəbərim var. Nəyi oxumuramsa, məni məlumatlandırırlar. Amma elə hadisələr var ki, mən o mövzulara girmək istəmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir