Nicat Fərəcov Türkiyənin məşhur simasından təklif aldı

Taekvondo üzrə milli komandanın üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov Türkiyədə filmə çəkilmək təklifi alıb. Türkiyənin tanınmış kino rejissoru Nicatın instaqramında bir neçə videosunu izləyib və onun səhnə performansını bəyənib. Bu haqda isə XEBER.İNFO.AZ-a idmançının meneceri məlumat verib. Menecerin sözlərinə görə, Nicat Türk kino ulduzları ilə birlikdə filmə çəkilə bilər: “Təklifi dəyərləndirmək üçün avqust ayına kimi vaxtımız var. O zamana qədər müqavilənin şərtləri ilə tanış olub, qərar verməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir