Nicat Fərəcov Türkiyədə idman məktəbi açacaq

Taekvondo üzrə milli komandanın üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov Türkiyəyə sərmayə yatırmaq fikrinə düşüb. XEBER.İNFO.AZ xəbər verir ki, idmançı Türkiyənin İstanbul şəhərində idman məktəbi açmaq qərarına gəlib. Məktəbin yerini müəyyənləşdirmək üçün Nicat Fərəcov Türkiyəyə gedəcək. Layihə qənaətbəxş qəbul edilərsə, bu işdə ona dostları yardım edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir