İyulun 26-da yox, iyulun 25-də çıxacaq

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova iyulda Bakıda keçiriləcək “Jara-2019”beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alıb. XEBER.İNFO.AZ xəbər verir ki, bir neçə həftə əvvəl adı açıqlanan ifaçının – iyulun 26-da səhnəyə çıxacağı bildirilmişdi. Bu gün isə festivalın proqramında dəyişiklik edildiyi açıqlanıb. Belə ki, Kazımovanın çıxış edəcəyi tarix dəyişdirilib. Aygün iyulun 26-da yox, iyulun 25-də “Jara”da sevənlərinin qarşısına çıxacaq. O, bu festivala ikinci dəfədir qatılır. Qeyd edək ki, “Jara” artıq dördüncü ildir Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilir. Gecədə həmçinin Rusiyanın tanınmış incəsənət nümayəndələri çıxış edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir