İranda partlayış: ölən və yaralılar var – VİDEO

İranın cənub-qərbində güclü partlayış baş verib. Hadisə nəticəsində beş nəfər həyatını itirib, altı nəfər yaralanıb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Xuzistan ostanında Ahvaz-Bəndər Məhşəhr magistral yolu boyunca keçən qaz kəmərində meydana gələn sızma nəticəsində baş verib.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir