“İcra hakimi dedi ki, “sənin tayların Bodrumda istirahət edir” – Əməkdar artist

Xəbər.info.az

Əməkdar artist Yusif Mustafayev ATV-də yayımlanan “Şou Atv” verilişində qonaq olub.
XEBER.INFO.AZ xəbər verir ki, veriliş zamanı Baloğlan Əşrəfov maraqlı faktın üstün açıb. O, bildirib ki, Yusif Mustafayev Cəlilabad rayonuna su çəkdirib. Bununla bağlı əməkdar artist açıqlama verib:

“2015-ci ildə kəndimizə getdim. Orada çox acınacaqlı vəziyyətin şahidi oldum. Qadınlar araba ilə su daşıyırdılar. Bu mənə çox pis təsir etdi. Rayon icra hakimiyyətinə müraciət etdim ki, bu kəndə su çəkək. İcra hakimi zarafatyana mənə dedi ki, “sənin tayların Bodrumda istirahət edir”. Mən də elə onun zarafatına cavab verdim ki, mənim Bodrumum Cəlilabaddır. Sağolsun, köməklik göstərdi, su çəkdik. Bir neçə ildən sonra yenə gördüm ki, quraqlıqdı, əziyyət çəkirlər. Anamın ehsanına yenə də İcra hakiminin köməkliyi ilə su çəkdirdim. Bunu heç yerdə demirdim. Çünki biz cəmiyyət içində olan insanlarıq. Heç olmasa, çıxdığımız kəndin, rayonun problemlərini işıqlandırmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlandı

Əməkdar artist Yusif Mustafayev ATV-də yayımlanan “Şou Atv” verilişində qonaq olub.XEBER.INFO.AZ xəbər verir ki, veriliş zamanı Baloğlan Əşrəfov maraqlı faktın üstün açıb. O, bildirib ki, Yusif Mustafayev Cəlilabad rayonuna su çəkdirib. Bununla bağlı əməkdar artist açıqlama verib: “2015-ci ildə kəndimizə getdim. Orada çox acınacaqlı vəziyyətin şahidi oldum. Qadınlar araba ilə su […]

Subscribe US Now