serverin.biz
Təhsıl Xəbərləri - RSS
10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək
2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən XEBER.INFO.AZ-a verilən məlumata görə, sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsil alan şagirdlər iştirak edə bilərlər. Sınaq imtahanına qeydiyyat 30 aprel saat 10:00-dək aparılacaq. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə təqdim olunacaq. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramları (kurikulumlar) üzrə keçiriləcək. Həmin qəbul imtahanlarının, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bu sınaq imtahanı modelinə uyğun təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az saytında “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyət təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, imtahan bloku seçilir və “Qeydə al” düyməsi basılır. “Qeydə al” düyməsini basdıqdan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.
Bakıda dələduzluqla məşğul olan tur firmaları peyda olub
Bakıda vətəndaşları şirnikləndirərək onları bir həftəlik xaricə istirahətə göndərən turizm firmasının yalanları faş olub.  Oxu.Az-ın BakiPost-a istinadən verdiyi məlumata görə, paytaxtın Süleyman Rəhimov küçəsi 185/1 ünvanında yerləşən "Crown Vacation Club” şirkətinin hədiyyə sertifikatının əsl mahiyyətinin nədən ibarət olduğu üzə çıxıb.  Uduş qazanan vətəndaşlardan biri deyib ki, sözügedən firmanın əməkdaşı ona zəng edərək Türkiyəyə 1 həftəlik istirahət hədiyyəsi qazandığını bildirib və mükafatlandırma tədbirinin keçiriləcəyi otelinin ünvanını verib. Həyat yoldaşı ilə bir həftəlik Türkiyəyə gedəcəyinə sevinən şəxs deyilən tarixdə hoteldə olub və burada onun kimi mükafat qazananların gəldiyini görüb. Onlardan kimisi Bakıdakı restoranlardan birində şam yeməyi, kimisi şəhərdəki otellərdən birində istirahət, kimisi İndoneziyaya, kimisi Türkiyəyə, kimisi Dubay tur hədiyyəsi əldə edib.  Ancaq çox keçmir ki, “Crown Vacation Club” şirkətinin bu kələyinin üstü açılıb. İşin gülünc tərəfi odur ki, həmin 1 həftəlik tur xərclərinin 95 faizi uduş qazanmış vətəndaşın üzərinə qoyulub. Bura yol xərcləri, günorta və şam yeməyi daxildir. Şirkət isə yalnız gecələməyə yer və səhər yeməyi verir. Sertifikatla tanış olanda o da aydın olur ki, demə, cütlüyə Türkiyədə qalmağa otel də yox, yaşayış binasında mənzil verilirmiş.   Turizm firmalarından birində 10 ildir çalışan təcrübəli menecerin sözlərinə görə, əslində həmin firmanın fəaliyyəti başqa məqsəd güdür:  “Bu firma uduş qazanan vətəndaşları Dubaya, Türkiyəyə, Kiprə, ərəb ölkələrinə, yəni müxtəlif kurort zonalarına həqiqətən də göndərir. Amma turist ora çatanda başqa mənzərə ilə qarşılaşır. Ona qaldığı mənzili sırımağa çalışırlar. Vətəndaş guya, tur paket qazanıb, amma öz cibindən xərcləyir, sonra da ev almağa təhrik olunur. Psixoloji cəhətdən təsir edirlər ki, imkanın varsa qaldığı bu evi alsın. Hətta ona müxtəlif şərtlər təklif edilir.  Z.Q.
« geriirəli »

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6