serverin.biz
Krımınal Xəbərləri - RSS
Polis bakıda əməliyyat keçirdi - Külli miqdarda narkotik ələ keçirildi
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə XEBER.INFO.AZ-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Akif Axıyev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 0,18 qram heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 301,109 qram heroin, 1,561 qram tiryək və 0,9 qram “Tromodol” aşkar edilərək götürülüb. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Aşağı Qaramanlı kənd sakini Seymur Xankişiyevin üzərindən 11 qram, evinə baxış zamanı isə 385 qram marixuana aşkar edilib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İmadil Qocamanovdan 445 qram marixuana götürüblər. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvuil veriliblər. Qeyd olunan faktlarla bağlı rayon polis şöbələrində cinayət işləri başlanılıb.  
Bakıda birgə yaşadığı qadını və onun atasını öldürən şəxsə ömürlük cəza verildi
Bakıda ata və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edib. O, öldürdüyü qadınla sevgili olub. XEBER.INFO.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndidilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edib. Məhkəmədə iş üzrə dindirilməyən şahidlər məhkəməyə teleqram vuraraq səhhətləri ilə bağlı məhkəməyə gələ bilmirlər. Onlar istintaqa ifadələrini təsdiq etdiklərini bildiriblər. Məhkəmədə iştirak edən zərərçəkmiş tərəf, mərhum Allahverdi Əsədovun oğlu dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirib. Sahib Hacıyevin vəkili müdafiə çıxışında bildirib ki, təqsirləndirilən şəxsin psixi problemləri olub. Vəkil qeyd edib ki, müdafiəçisi olduğu S.Hacıyev məehum Samirə Əsədovanı qətlə yetirsə də onun atasını öldürmək niyyəti olmayıb. Müdafiəçi söyləyib ki, mərhum Allahverdi Əsədov ani vəziyyətdə Sahib Hacıyevin idarə etdiyi maşının altında qalaraq dünyasını dəyişib. Müdafiəçi S.Hacıyevin ilk dəfə məhkumluq həyatı yaşamasını, psixi problemlərinin olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib. Məhkəmə Sahib Hacıyevə son söz versə də o, danışmayıb. Müşavirəyə yollanan məhkəmə hökmü elan edib. Hökmə əsasən S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, S.Hacıyev ailəli olub, iki övladı var imiş. Musavat.com
« geriirəli »

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6