serverin.biz
İqtisadiyyat Xəbərləri - RSS
Çəltikçiliyə artan maraq nədən qaynaqlanır?
Son illərdə Azərbaycanda çəltikçiliyə maraq artır və yaxın gələcəkdə bu sahənin daha da inkişaf edəcəyi gözlənilir. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə ərazisində dənli və dənli paxlalı bitkilərin tərkibinə daxil olan çəltiyin əkin sahəsi ötən il 2 dəfə (2,6 min hektar) artaraq 5,1 min hektara, istehsalı isə 2,9 dəfə (10,6 min ton) artaraq 16,2 min tona çatıb. Məsələ ondan ibarətdir ki, əvvəllər çəltikçilik çox əziyyətli bir sahə kimi xarakterizə edilirdisə,  hazırda bu sahə tam avtomatlaşdırılıb. Yeni texnologiyaların və innovativ yanaşmanın tətbiqi fiziki əməyi azaltmaqla yanaşı, məhsuldarlığı da artırır ki, bu da çəltikçiliyi daha da cəlbedici edir. Nəticə etibarilə, bu sahədə tətbiq edilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür və onun olduqca gəlirli sahə olduğunu da nəzərə alanda, fermerlərin artan marağını ifadə etmək çətin deyil.  Bundan başqa, dövlət tərəfindən çəltik istehsalçıları üçün nəzərdə tutulan bir sıra güzəştlər də  çəltiyə marağı artırır. Belə ki, məhsul istehsalçıları çəltik əkinlərinə görə hər hektara  40 manat, istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə 50 manat yardım alırlar. Eyni zamanda, mineral gübrələrdən və herbisidlərin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsi təmin edilir. Qeyd etmək lazımdır ki, çəltikçilik uzun müddət Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrindən biri olub və bu sahədə əhalinin zəngin təcrübəsi var. Buna səbəb isə birinci növbədə ölkə ərazisinin geniş hissəsində çəltik üçün münbir şəraitin mövcud olmasıdır. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanın 30-a yaxın rayonu çəltik əkini üçün yararlıdır. Ümumilikdə isə çəltik insanın qida rasionunda mühüm yer tutmaql bərabər, kənd təsərrüfatının da ən gəlirli sahələrindən biri hesab olunur. Lakin təəssüflər olsun ki, ölkənin bu məhsula olan tələbinin böyük hissəsi idxal hesabına təmin edilir. Bu da ilk növbədə ölkədən valyuta axınına səbəb olur. Onu demək kifayət edir ki, təkcə 2016-ci ildə ümumi dəyəri 37 milyon dollar olan 48 min ton düyü idxal edilib. Halbuki bu məhsula olan tələbin  tam şəkildə ölkədəki istehsal hesabına ödənilməsi kənd təsərrüfatında əlavə dəyər yaratmağa imkan verməklə bərabər valyuta ehtiyatlarına da qənaət etməyə şərait yaradardı. Lakin ölkədə çəltikçilik ildən-ilə inkişaf etməkdədir. Buna hətta idxal amili də maneə törədə bilmir. İş orasındadır ki, idxal olunan düyü məhsulları yerli məhsulu nəinki bazardan sıxışdırıb çıxara bilmir, əksinə əhali ölkədə istehsal olunan düyüyə  daha çox üstünlük verməkdədir. Ekspertlərin hesablamalarına görə, 1 hektar çəltik əkinindən əldə edilən məhsulun satılmasından orta hesabla 3000 manat gəlir əldə etmək mümkündür. 2016-c ildə  Azərbaycanda fermerler çəltik əkinindən orta hesabla 8200 manat gəlir əldə ediblər.  Bununla belə, “Azərbaycan Respublikasında sitrus meyvələrinin, çay və çəltik istehsalının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı Sərəncamı və bu sənəddə qeyd edilən müddəaların həyata keçirilməsi respublikada çəltikçiliyin inkişafında əhəmiyyətli rol oynayacaq və bu sahəyə olan marağı daha da artıracaq.  “İki sahil”
« geriirəli »

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6