serverin.biz
Dunya Xəbərləri - RSS
Kiprdə seçkilərin birinci turu - Qalib müəyyənləşmədi... - YENİLƏNİB
Kiprin hazırkı dövlət başçısı Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderlik edir. Lakin bu nəticə ona birinci turda qalib gəlmək imkanı vermir. Bu barədə ekzitpolların nəticələrində deyilir. Anastasiadis birinci turda səslərin 38-42 faizini toplayıb, onun yaxın izləyicisi, Kiprin Əməkçi Xalqının Mütərəqqi Partiyasının nümayəndəsi Stavros Malas 27-31 faiz səs qazanıb. Üçüncü yerdə Demokrat Partiyasının lideri Nikolas Papadopulos (21,5-24,5 faiz səs) gedir. Prezident postu uğrunda ikinci turda Anastasiadis və Malas mübarizə aparacaq. Prezident seçkilərinin II turu fevralın 4-də keçirilə bilər.(report) *** Bu gün Cənubi Kiprdə prezident seçkiləri keçirilir. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07.00-da seçki məntəqələri açılıb. Prezident seçkilərinin ilk turunda qalib gəlmək üçün namizədin 50 faizdən çox səs toplaması lazımdır. Əks halda prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda ilk turda ən çox səs toplamış iki namizəd yarışacaq və ən çox səs toplayan namizəd prezident seçiləcək. Cənubi Kiprdə prezident seçkilərində 9 namizəd iştirak edir. Prezident postuna əsas iddialılar hazırkı prezident Nikos Anastasiadis,  Kipr Xalq Əmək İnkişaf Partiyasının namizədi Stavros Malas və Demokrat Partiyasının lideri Nikolas Papadopulos sayılır. Seçki məntəqələri saat 18.00-da bağlanacaq. 
« geriirəli »

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6