serverin.biz
Digər Xəbərləri - RSS
Ermənistanda əsgər anası hökumət binası qarşısında aclıq elan edib
Daha bir əsgər ailəsi Ermənistan hökümətindən narazılıq edir. Gümrü sakini Əsli Əsənyan İrəvanda hökumət binası qarşısında aclıq aksiyasına başlayıb. Ötən həftə Ermənistan vətəndaşlığından imtina etdiyini açıqlayan qadın müdafiə naziri Vigen Sarkisyandan şikayətçidir. Onun sözlərinə görə, Ermənistanı cinayətkar qruplaşma idarə edir. Hakimiyyət ölkəni talamaqdan, vətəndaşları incitməkdən başqa bir işə yaramır. Əsli Əsənyan ötən ilin aprelindən Gümrü-İrəvan yolunda qaldığını deyir. Ailənin maddi imkanı cox aşağıdır. Paytaxta gəlmək üçün qonşulardan pul borc alan əsgər anası bildirir ki, artıq ümidləri boşa çıxıb. Övladını göz görə-görə itirir. Əsli Əsənyanın oğlu Artur Əsənyan Azərbaycana məxsus Dağlıq Qarabağda hərbi xidmətdə olub. Ötən ilin aprel döyüşləri zamanı mərmi partlaması nəticəsində yaralanıb. Anası deyir ki, 3 ay övladı ilə birlikdə xəstəxanalarda sürünüb. Onlara əhəmiyyət verən də olmayıb. Üstəlik övladını orduya yararsız maddəsi ilə tərxis ediblər. İşğalçı ölkənin Müdafiə nazirliyi Artur Əsənyanın aprel döyüşlərində iştirakını da təkzib edir. Ona görə də Ermənistanın Səhiyyə nazirliyi əsgərin dövlət hesabına müalicəsini öz üzərinə götürmək istəmir. Bunun isə səbəbi sadədir. Ermənistanda doğulanların Azərbaycana məxsus Dağlıq Qarabağda hərbi xidmət keçməsi qeyri-qanunidir. İşğalçı ölkə ona görə də bu cür faktları həmişə gizlətməyə çalışır. Ermənistan vətəndaşlığından imtina edən Əsənyan ailəsi digər ailələri də övladlarını hərbi xidmətdən yayındırmağa çağırır.
« geriirəli »

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6