serverin.biz
Bölgələr Xəbərləri - RSS
“SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN 1-Cİ REGİONAL FORUMU” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
XEBERİNFO.AZ xəbər verir ki, Bərdədə Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə II qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumu” layihəsinin təqdimatı keçirilib. Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları ilə yanaşı psixoloqlar, loqopedlər, sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxəssislər iştirak etmişdir. Layihənin rəhbəri Bərdə şəhər inkluziv komponentli günüuzadılmış tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Hüseynova təqdimatla çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədinı cəmiyyətin diqqətini sağlamlıq imkanları məhdud uşaqlara yönəltmək və Sağlamlıq imkanları məhdud uşaqların 1- ci regional Forumunun təşkil edilməsi təşkil edir. Layihə rəhbəri qeyd etmişdir ki, layihə çərçivəsində 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxxəsislərlə iş aparılacaqdır. Bunlar sorğular keçirilməsi, təkliflərin toplanması, valideynlərlə effektif əlaqələrin qurulması və mütəxəsislərin inklüziv təhsillə bağlı bilik və bacarıqlarının artırılmasından ibarət olacaqdır. Eyni zamanda Layihə çərçivısində əsas fəaliyyətlərdən biri sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumunun keçirilməsi olacaqdır. Forumda sağlamlıq imkanları məhdud uşaqların qarşılaşdıqları problemlər, onların inklüziyası və cəmiyyətə inteqrasiyası, birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə ediləcəkdir. Foruma Bərdə, Tərtər və Ağdam rayonları ilə yanaşı Qarabağ bölgəsindən 100 yaxın sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunacaqdır. Tədbirdə iştirak edən Bərdə rayon Təhsil şöbəsinin müdir müavini Xuraman Qurbanova və metodist Vüsal Quliyev həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, layihənin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası baxımından faydalı olacağını qeyd etmişdir. Tədbir qarşılıqlı müzakirə şəklində davam etmişdir. İştirakçılar gələcəkdə bu cür maarifləndirici layihələrin və tədbirlərin keçirilməsinin zəruriliyini, valideyn məsuliyyəti və valideynlərin inklüziv təhsillə bağlı maarifləndirilməsi, mütəxxəsislərin vəsaitlərlə və avadanlıqlarla təmin edilməsi, rayon məktəblərində psixoloq kabinetinin təşkil edilməsi ilə bağlı təkliflər səsləndirmiş və bu təkliflərin həyata keçirilməsinin faydalı olacağını bildirmişlər.
“40 məzun - 40 tələbə”
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən respublikanın 8 bölgəsində, eyni zamanda Gəncədə xüsusi istedadlar sinfi yaradılıb. Bu sinif Gəncədəki 27 saylı məktəb-liseydə təşkil olunub. Məktəbin bu ilki nəticələri maksimum həddə çatıb. Xüsusi istedadlar sinfini bitirən 40 məzunun hamısı yüksək nəticələr əldə edərək tələbə adına layiq görülüb. 600 bal toplamaqla Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsinə qəbul olan Əli Hüseynovun təhsildə yüksəlişə gedən yolu  Gəncənin 27 saylı məktəb-liseyinin xüsusi istedadlar sinfindən keçib. Onun kimi bu liseyi bitirən 40 məzunun hamısı tələbə adına layiq görülüb. İndi öz müəllimləri ilə vidalaşmağa gələn bu gənclər 11 il əvvəl əyləşdikləri partalarda ötən illəri kövrək hisslər və qururla xatırlayırlar. Şübhəsiz ki, yüksək nəticələrə nail olan bu məzunların qazandıqları uğurlar valideynləri və onlara dərs deyən müəllimləri də sevindirir. Məktəbdə son 45 dəqiqəni doğma siniflərində keçirən məzunlar öz müəllimlərinə bir daha minnətdarlıqlarını bildirdilər. Onlar orta məktəbdə olduğu kimi, ali məktəblərdə də yüksək təhsil alacaqlarına söz verdilər. 40 məzun - 40 tələbə. Onlardan biri isə 700 bal toplayanlar sırasındadır. Gəncədəki 27 saylı məktəb-liseyin xüsusi istedadlar sinfini bu il bitirən məzunların ən nüfuzlu ali məktəblərə qəbul olmaları həm də təhsil siyasətinin böyük uğurudur. İnanırıq ki, onlar gələcəkdə də etimadı doğruldacaq, ixtisaslı kadrlar kimi yetişəcək və ölkəmizin inkişafına töhfələr verəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb. Parlament sədri Qordan Yandrokoviç Prezident İlham Əliyevi qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç birgə foto çəkdirdilər. Görüşdə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinin uğurlu keçdiyi, səfər çərçivəsində səmərəli müzakirələrin aparıldığı qeyd edildi. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulandı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində xüsusi rolunun olduğu bildirildi. Azərbaycanın Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasında iştirakının önəmi qeyd olundu, ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi. Azərbaycan ilə Xorvatiya arasında nəqliyyat, əczaçılıq, turizm sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı. Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edildi, dostluq qruplarının bu işə mühüm töhfə verə biləcəyi bildirildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Gəncənin yeni icra başçısı şəhərin problemlərini öyrənir — FOTO
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb. İcra Hakimiyyətindən XEBER.INFO.AZ-a verilən məlumata görə, görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxt ayırıb, görüşə gəldikləri üçün ağsaqqalara təşşəkkür edib. O qeyd edib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir. “Bu görüşü təşkil etməkdə əsas məqsədim, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ağsaqqaların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”, - deyə Niyazi Bayramov bildirib. Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, Gəncə şəhərinə yeni təyin olunan İcra Hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməkliyi göstərəcəklər. Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.
“Hər birimiz bir çiçək”
XEBER.İNFO.AZ xəbər verir ki, 09 avqust 2018- ci ildə Beyləqan Günərzi Qayğı Mərkəzində “Hər birimiz bir çiçək” adlı əyləncəli tədbir təşkil edilmişdir. Mərkəzə cəlb edilmiş uşaqların hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır. Qeyd edək ki, Mərkəz “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzlərinin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində yaradılıb. Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30-dan çox uşağa (eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara) gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərilir. Uşaqlar maraq və qabiliyyətləri nəzərə alınaraq bacarıqlarının artırılması üçün müxtəlif dərnəklərə cəlb edilir, onların inkişafı, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların özünəxidmət bacarıqlarına malik olmaları, cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır. Mərkəz tərəfindən uşaqlarla müxtəlif məşğələlər, terapiyalar, dərnəklər təşkil olunur. Eyni zamanda uşaqların yay tətilinin və asudə vaxtlarının səmərəli keçməsi və dünyagörüşünün inkişafı məqsədilə onlar üçün müxtəlif tədbirlər, ekskursiyalar, təbiət gəzintiləri təşkil olunur.
« geriirəli »

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6