serverin.biz

Heydər Əliyev Fondu tərəfindən Pakistanda Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub


  Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub. Fonddan bildiriblər ki, bu aksiya bölgənin dörd yüzdən çox yoxsul ailəsini əhatə edib. Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, Assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə səfir Əli Əlizadə çıxış edərək Azərbaycan və Pakistan xalqlarını bir-birinə yaxınlaşdıran dini etiqad və ortaq dəyərlərin olduğunu, xalqlarımızın bir-birinin sevincini və kədərini birgə bölüşdüyünü diqqətə çatdırıb. Səfir Azərbaycanla Pakistan arasında əlaqələrin bütün sahələrdə olduğu kimi, humanitar-sosial sahədə də inkişaf etdiyini söyləyib, bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunu qeyd edib, Fond tərəfindən Pakistanda bir sıra humanitar-sosialyönümlü layihələrin həyata keçirildiyini vurğulayıb. Ə.Əlizadə Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətinin 2005-ci ildə Müzəffərabad şəhərində qızlar məktəbinin tikintisi ilə başlandığını xatırladaraq, ötən on iki il ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə, ekologiya, sosial və digər sahələrdə layihələr həyata keçirdiyini deyib. Səfir bu layihələrin iki ölkənin xalqları arasında əlaqələrin, dostluq və həmrəyliyin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib. O, Fond tərəfindən Ramazan ayı münasibətilə yardım bağlamalarının və sovqatların təqdim olunmasının da bu amala xidmət etdiyini vurğulayıb. Ə.Əlizadə Abbotabad bölgəsinin əhalisini Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Ramazan ayı münasibətilə təbrik edərək, Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasiyə və digər iştirakçılara təqdimetmə aksiyasında iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasi iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür layihələrin xalqlar arasındakı münasibətlərin istiləşməsinə xidmət etdiyini söyləyib. Azərbaycana builki səfərini xatırladan Assambleya sədrinin müavini ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadi layihələr haqqında məlumat verib. O, Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığının şahidi olduğunu, bunun Pakistan üçün də fəxr olduğunu vurğulayıb. Keçirilən humanitar-sosialyönümlü layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdıran Pakistanın Milli Assambleyası sədrinin müavini Ramazan sovqatlarının təqdim olunmasının Abbotabad bölgəsinin yerli əhalisinin sevincinə səbəb olmaqla yanaşı, onlara mənəvi dəstək olduğunu da bildirib.
Bu Xəbər 2017-06-14 10:45:35 əlavə olunmuş və 52 dəfə baxılıb.
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Gündəm xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6