serverin.biz

Respublika Günü Batumidə təntənəli şəkildə qeyd olunub


  Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş konsulluğu 28 May - Respublika Günü ilə əlaqədar təntənəli tədbir keçirib. Baş konsul Rəşad İsmayılov tədbirdə çıxışı edərək Respublika Gününün əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətçilik tariximizdəki mühüm rolundan danışıb, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra müasir Azərbaycan dövlətinin inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə qazandığı iqtisadi nailiyyətlərdən, müstəqil enerji siyasətindən və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat, turizm və infrastruktur layihələrdən geniş bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat, ölkəmizin 20 faiz torpağının işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. Sonra çıxış edən Acarıstan Muxtar Respublikasının səhiyyə və əhalinin sosial müdafiəsi naziri Zaal Mikeladze milli bayram münasibətilə Azərbaycan xalqını təbrik edib. Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan nazir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladıb, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verdiyini bildirib. Tədbirdə, Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Laşa Komaxidzeni, Batumi şəhər şurasının deputatları, hökumət aparatının məsul əməkdaşları, Türkiyənin baş konsulu Yasin Temizkan, İranın baş konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər. Tədbir, Azərbaycan və gürcü musiqiçilərinin ifasında konsert proqramı ilə başa çatıb.
Bu Xəbər 2017-05-26 12:32:31 əlavə olunmuş və 68 dəfə baxılıb.
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xəbərlər xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6