serverin.biz

28 May - Respublika Günü və Azərbaycan-Koreya diplomatik əlaqələrinin 25 illiyi münasibətilə Seulda rəsmi qəbul


  Azərbaycanın Koreya Respublikasındakı səfirliyi 28 May – Respublika Günü və Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirib. Tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, o cümlədən ticarət, sənaye və enerji nazirinin müavini, hakim Demokrat Partiyası Qurultayının sədri, Qyoncu şəhərinin meri, Koreya Milli Assambleyasının üzvləri, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya vasitələrinin, aparıcı Koreya şirkətlərinin, elmi-ictimai təşkilatların nümayəndələri, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər. Azərbaycan və Koreya himnləri ilə başlayan tədbirdə səfir Rəmzi Teymurov 28 May - Respublika Gününün əhəmiyyəti barədə danışaraq, Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər haqqında məlumat verib. Qısa mövcudluğu dövründə ölkədə siyasi-iqtisadi islahatların həyata keçirildiyi, demokratik institutların təsis olunduğu qeyd edilib. R.Teymurov 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı işğalına məruz qaldığını söyləyib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkənin çətin vəziyyətdən xilas olduğunu və özünün inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran səfir ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bütün dünyada hörmətlə qarşılanan bir dövlətə çevrildiyini, Azərbaycanın özünü sabit və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim edə bildiyini diqqətə çatdırıb. Səfir Azərbaycanla Koreya arasında 25 illik diplomatik əlaqələrə toxunaraq, ötən müddətdə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu deyib. O, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsinə böyük töhfə verdiyini bildirib. Səfir ikitərəfli əlaqələrin inkişafının Koreyanın yeni Prezidenti Mun Ce-inin dövründə də davam edəcəyinə ümidvar olduğunu bildirib. Koreya Respublikasının ticarət, sənaye və enerji nazirinin müavini Li İnho hökuməti adından Azərbaycan xalqını respublikanın 99-cu ildönümü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini, bu gün Azərbaycanın beynəlxalq idman və mədəniyyət mərkəzinə çevrildiyini, I Avropa Oyunları, Formula-1, IV İslam Həmrəyliyi Oyunları, Beynəlxalq Caz Festivalı və digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Li İnho Koreyanın yeni hökumətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Qyonqcu şəhərinin meri Çoi Yanq-şik də təbriklərini çatdırıb, mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. O, mart ayında Azərbaycanda səfərdə olduğunu, Qəbələ şəhəri ilə Qyonqcu arasında dostluq münasibətlərinin qurulmasına dair Sazişin imzalandığını, Azərbaycanda olduğu müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sürətli inkişafının canlı şahidi olduğunu bildirib. Sonra SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının iki ölkə arasında elmi, mədəni və humanitar sahələrin inkişafına öz töhfələrini vermiş şəxslərə - Qəbələdə həyata keçirilən arxeoloji qazıntılara rəhbərlik etmiş professor Kim Cinqilə, Bakıda fəaliyyət göstərən Şərq-Qərb Təbabəti Klinikasının həkimi Çoy Qaya və Koreyalı muğam ustası Kim Min-soqa mükafatlar təqdim olunub. Tədbirin keçirildiyi binanın lobbisində Azərbaycan və Koreya arasında diplomatik əlaqələrdən və ölkəmizin füsunkar gözəlliyindən bəhs edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Qəbulda Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi loqo və SEBA Assosiasiyası ilə səfirliyin birgə hazırladığı qısa film nümayiş etdirilib.
Bu Xəbər 2017-05-26 12:27:38 əlavə olunmuş və 90 dəfə baxılıb.
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xəbərlər xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6