serverin.biz

NATO PA-nın yaz sessiyasında dövlətlərin ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olacaq


  NATO Parlament Assambleyasının Tbilisidə keçiriləcək yaz sessiyasında bir sıra mühüm məsələlər, o cümlədən dövlətlərin ərazi bütövlüyü məsələsi diqqət mərkəzində olacaq. Bu fikirlər NATO PA-nın Tbilisidə keçiriləcək yaz sessiyası ilə əlaqədar təşkil olunmuş mətbuat konfransında bildirilib. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, Avratlantik strukturlara inteqrasiya ölkəsinin xarici siyasətinin prioritetlərindəndir. NATO PA-nın yaz sessiyasının Tbilisidə keçirilməsi bu proseslərin daha da sürətlənməsinə səbəb olacaq. NATO PA-nın prezidenti Paolo Ali sessiyada müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib. O deyib ki, dünyada baş verən proseslər, mövcud münaqişələr hamını ciddi narahat edir. Biz dünyada, eləcə də Qafqazda sülhün bərqərar olmasını istəyirik. Sonra Paolo Ali Gürcüstanın NATO-ya üzvlüyü, regiondakı təhdidlər, kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı sualları cavablandırıb. Qeyd edək ki, mayın 26-dan 29-dək Tbilisidə NATO PA-nın yaz sessiyası keçiriləcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Bu Xəbər 2017-05-26 12:19:34 əlavə olunmuş və 131 dəfə baxılıb.
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xəbərlər xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6