serverin.biz

Terrorçularının əlinə düşən seks kölələri: "Hər axşam 2-3 kişi məni zorlayırdı..." - FOTOLAR


  Somalidəki "Əş Şəbab" terror qruplaşması tərəfindən qaçırılan, zorlanan və meşədə saxlanılan qadınların həyat hekayələri ortaya çıxıb. XEBER.INFO.AZ xəbər verir ki, keniyalı Salama Ali itkin düşən iki qardaşının izinə düşüb və qorxulu məlumatlar əldə edib. Onun qardaşları terror qruplaşmasına qoşulmaq üçün Somaliyə gedibmiş. Qruplaşma qaçırdığı qadınları seks köləsi olaraq istifadə edib. Salama Mombasa bölgəsi və yaxınlıqdakı ərazilərdə kişi qohumları itkin düşən qadınlarla görüşüb və onlardan məlumat toplamağa çalışıb. Nəticədə Salama qadınların məcburən Somaliyə aparıldığını, seks köləsinə çevrildiyini öyrənib. Yüksək maaş söz verilən qadınlar Keniya və Mombasanın kənd ərazilərindən qaçırılıb. Onlar arasında gənclər, yaşlılar, xristianlar və müsəlmanlar da var. Salama qadınlara psixoloji dəstək vermək üçün qrup qurub. Bir çox qadın qrupa üzv olub. Buradakı qadınların bəzisi xəstə, bəzisi isə psixoloji sarsıntı keçirən insanlardır. Salama o qadınların anlatdığı bəzi məqamları çatdırır: "Eləsi var ki, deyir ki, həmişə zorlayırdılar. Üç il hamısı məni zorladı. Saylarını da xatırlamıram. Bir başqası deyir ki, hər axşam bir qadını 2-3 kişi zorlayırdı. Bəzi qadınları isə terrorçuların arvadı olmağa məcbur ediblər. Bəziləri isə seks köləsi olaraq fahişəxanalarda saxlanılıb". "Əş Şəbab" qruplaşması Somalidə şəriət qanunlarının tətbiq edildiyi İslam dövləti qurmaq istəyir. Afrika İttifaqına daxil olan bəzi ölkələr isə buna qarşı mübarizə aparırlar. "BBC" kanalına müsahibə verən 20-dən çox qadın bir meşədə saxlanıldıqlarını bildiriblər. mənbə: olke.az
Bu Xəbər 2017-05-26 12:17:46 əlavə olunmuş və 70 dəfə baxılıb.

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Xəbərlər xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6