serverin.biz

Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar


  IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları mayın 18-də başa çatıb. Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar. İslamiadada boks üzrə Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yazdırıb. Həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər. Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib. Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb. İslamiadada Azərbaycanın 55-ci qızıl medalını boks yarışlarında 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov qazanıb. T.Məmmədov həlledici görüşdə türkiyəli Burak Akşinə 3:2 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamda layiq görülüblər. Boks üzrə Azərbaycan millisinin aktivinə üçüncü qızıl medalı Məhəmmədrəsul Məcidov yazdırıb. Yarışlarda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı 4:1 hesabı ilə məğlub edib. Bu çəki dərəcəsində bürünc medallara mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş sahib olublar. Yarışlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub. İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə görüşdən məğlub ayrılıb. Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər. Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) isə finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə rinqə çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı məğlub olaraq ikinci yeri tutub. Bu çəki dərəcəsində bürünc medallara kamerunlu Vilfred Dieudonne Seyi Ntsenue və mərakeşli Youness Qarroumi sahib olublar. Boks komandamızın aktivinə üçüncü gümüş medalı Rauf Rəhimov (81 kq) yazdırıb. Qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gələn R.Rəhimov məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ bu yarışda bürünc medallara layiq görülüblər. Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb. Beləliklə, Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar.
Bu Xəbər 2017-05-19 05:40:33 əlavə olunmuş və 123 dəfə baxılıb.
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Gündəm xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6