serverin.biz

Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq Sazişi imzalanıb


  Azərbaycanın Qazax rayonu və Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Trakay rayonunun meri Edita Rudeliene imzalayıblar. Sazişə əsasən hər iki tərəf mədəniyyət, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirəcəklər. Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov və Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyev Litvanın Trakay rayon bələdiyyəsində olublar. Trakay rayon bələdiyyəsinin və şəhər sovetinin üzvləri ilə keçirilmiş görüşdə rayonun meri Edita Rudeliene çıxış edərək azərbaycanlı qonaqları Trakay rayon meriyasında gördüyündən məmnunluq ifadə edib. O, iki il öncə Litva Bələdiyyələri Assosiasiyası ilə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası arasında başlanmış əməkdaşlığın nəticəsi olaraq, bu gün Trakay rayonu ilə Qazax rayonu arasında əməkdaşlıq haqqında Sazişin imzalandığını diqqətə çatdırıb. Mer bir il əvvəl Litva Bələdiyyələri Assosiasiyasının tərkibində Azərbaycana səfər etdiyini bildirərək, Azərbaycanın çox gözəl olduğunu və ölkəmizdən böyük təəssüratlarla qayıtdığını vurğulayıb. Qazax və Trakay rayonlarının qədim tarixə malik olduğunu qeyd edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iki şəhər arasında əlaqələrin inkişaf edəcəyinə əmin olduğunu söyləyib və səfirlik tərəfindən bu əməkdaşlığın daha da dərinləşməsi üçün səylərin əsirgənməyəcəyini vurğulayıb. Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun üzvü Yonas Liyesis bu gün Trakay rayonu ilə Qazax rayonu arasında əməkdaşlığın təməlinin qoyulduğunu qeyd edib və əməkdaşlığın bütün sahələr üzrə inkişaf etməsini arzulayıb. Uzaq bir diyarın, Qazax rayonunun artıq Trakaya yaxın olduğunu vurğulayan deputat bu əlaqələr nəticəsində xalqlarımızın bir-birinin adət-ənənələri ilə yaxından tanış olmaları üçün imkanların yarandığını qeyd edib. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə il ərzində aparılmış işlərin nəticəsi olaraq bu gün Trakay rayon bələdiyyəsinin binasında iki rayon arasında saziş imzalandığını deyib və regionlararası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin daha inkişaf etməsində töhfə verəcəyinə əmin olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Sazişin imzalanmasını Azərbaycan ilə Litva arasında dostluq münasibətlərinin nəticəsi kimi dəyərləndirib. O, Qazax rayonunun tarixi, mədəni həyatı barədə geniş məlumat verərək rayonun dahi şairlər və yazıçılar məkanı olduğunu söyləyib. Sonda qonaqlar Trakay rayonunda fəaliyyət göstərən turizm obyektləri ilə yaxından tanış olublar.
Bu Xəbər 2017-05-16 10:26:35 əlavə olunmuş və 193 dəfə baxılıb.
ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər Bölgələr xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6