Gəncədə bıçaqlanma

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Hadisə aprelin 6-da axşam saatlarında qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini Elnur Hüseynov qarın nahiyəsindən bıçaqlanıb. O, daxilinə keçən kəsilmiş-deşilmiş yara ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 

Xəstə əməliyyat olunub.

Polis Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan E.İsmayılovu şübhəli şəxs qismində saxlayıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, E.Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir