Deputatlığa namizəd Şamxal Adıgözəlov problemlə qarşılaşıb

122 saylı Xankəndi seçki dairəsindən namizəd olanlar təbliğat və təşviqat kampaniyasında problemlə üzləşib.

Bu barədə həmin dairədən namizədliyini irəli sürmüş Şamxal Adıgözəlov məlumat verib. Onun sözlərinə görə, problem təbliğat plakatları üçün ayrılmış lövhələrlə bağlıdır.

“Bilirsiniz ki, Xankəndi işğal altındadır və buradan olan məcburi köçkünlər 30-dan çox rayonda məskunlaşıb. Bizim dairədə məntəqələr də bölgələr üzrə bölünüb. Biz Xankəndindən olan məcburi köçkünlərin yaşadığı bölgələrdə təbliğat lövhələrinə plakatlarımızı yapışdırarkən mane olurlar. Bildirirlər ki, bu həmin rayonun namizədləri üçün ayrılmış lövhələrdir.

Bizim üçün yalnız məntəqələrin qarşısında təbliğat lövhəsi ayrılıb ki, ora da insanlar yalnız seçki günü gəlir. Hələ onu demirəm ki, seçkiyə 24 saat qalmış plakatlar yığışdırılır. Beləliklə, faktiki olaraq biz təbliğat apara bilmirik. Bu barədə Mərkəzi Seçki Komissiyasına da müraciət etmişik. Amma nəticəsi yoxdur”, -deyə Şamxal Adıgözəlov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Göygöl rayonunda mina aşkarlanıb - FOTO

122 saylı Xankəndi seçki dairəsindən namizəd olanlar təbliğat və təşviqat kampaniyasında problemlə üzləşib. Bu barədə həmin dairədən namizədliyini irəli sürmüş Şamxal Adıgözəlov məlumat verib. Onun sözlərinə görə, problem təbliğat plakatları üçün ayrılmış lövhələrlə bağlıdır. “Bilirsiniz ki, Xankəndi işğal altındadır və buradan olan məcburi köçkünlər 30-dan çox rayonda məskunlaşıb. Bizim dairədə […]

Subscribe US Now