“Dedi ki, barışmasanız, efirdə sizi biabır edəcəm”

Xəbər.info.az

“Elə bir tərbiyə ilə böyüməmişik ki, bağışlanmayacaq bir səhv edək. Sadəcə olaraq yüngül bir inciklik idi. Bu isə qardaşlar arasında belə ola bilir. Biz isə buna son qoyduq”.

Bu sözləri Axşam.az-a açıqlamasında uzun müddətdir küsülü olduğu Əməkdar artist Abbas Bağırovla bağlı müğənni Zamiq Hüseynov deyib.

Sənətçi onları barışdıran şəxsin Xalq artisti Röya Ayxan olduğunu söyləyib:

“Röya dedi ki, mən artıq iki dostumun arasındakı bu incikliyi qəbul edə bilmirəm. Barışmasanız, efirdə sizi biabır edəcəm (gülür – red.) Biz Abbasla 13 yaşından dostuq. İnsan arada inciklik olanda dönüb geriyə baxır və hər şeyi o illərə qurban edir. Bu gün sənət yoldaşıyıq. İnsan böyüdükcə anlayır ki, hərənin öz yolu var, öz azarkeşi var. Bir-birimizə ziyanımız dəyə bilməz. Tədbirlərdə, toylarda görüşürdük, bir-birimizi təqdim edirdik, heç kim heç nə hiss etmirdi. Küsülülüyü ancaq ailə, dost-tanış və bir neçə sənət yoldaşımız bilirdi”.

Qeyd edək ki, Abbasla Zamiq illərdir danışmır, eyni məkanda yer alanda bir-birini görməməzlikdən gəlir. Onların küsülülüyünə səbəb isə Zamiqin diqqətsizliyi olub. Bağırov bildirib ki, həmkarı məkanlardan birində ona “salam” verməyib.

"Dedi ki, barışmasanız, efirdə sizi biabır edəcəm"

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

MSK bu gün təcili toplanır: mühüm qərarlar veriləcək!

“Elə bir tərbiyə ilə böyüməmişik ki, bağışlanmayacaq bir səhv edək. Sadəcə olaraq yüngül bir inciklik idi. Bu isə qardaşlar arasında belə ola bilir. Biz isə buna son qoyduq”. Bu sözləri Axşam.az-a açıqlamasında uzun müddətdir küsülü olduğu Əməkdar artist Abbas Bağırovla bağlı müğənni Zamiq Hüseynov deyib. Sənətçi onları barışdıran şəxsin Xalq […]

Subscribe US Now