Çinin yeni Baş konsulu Rusiyada karantinə alındı

Çinin yeni baş konsulu Tsoy Şaoçun Yekaterinburqa rəsmi səfər zamanı iki həftəlik karantinə düşüb.

XEBER.INFO.AZ-ın “İnterfax”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov bildirib.

Onun sözlərinə əsasən, fevralın 6-da Rusiyaya gələn diplomat təcrid olunub və iki həftə evdə qalacaq.

Bundan başqa, fevralın 7-də Yekaterinburq şəhərinə gələn və “Bodrost” sanatoriyasında karantinə alınan 58 nəfər Çin vətəndaşı özlərini yaxşı hiss edir. Daha 70 çinli Bogdanoviç şəhərindəki yataqxanadadır. Həkimlərin dediyinə əsasən, təcrid olunanların heç birində virus aşkarlanmayıb.

Fevralın 10-na olan məlumata görə, “2019-nCoV” koronavirus qurbanlarının sayı 97 nəfər artaraq 908 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xatun bəzi müğənniləri biabır etdi

Çinin yeni baş konsulu Tsoy Şaoçun Yekaterinburqa rəsmi səfər zamanı iki həftəlik karantinə düşüb. XEBER.INFO.AZ-ın “İnterfax”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov bildirib. Onun sözlərinə əsasən, fevralın 6-da Rusiyaya gələn diplomat təcrid olunub və iki həftə evdə qalacaq. Bundan başqa, fevralın 7-də […]

Subscribe US Now