Cəmildən yaya damğa vuracaq layihə gəlir

“Kənara çəkilmək mənlik deyil. İşlərim çoxdur. Addımlarımı planlı şəkildə atıram. Sakitcə öz işlərimlə məşğulam”. XEBER.İNFO.AZ xəbər verir ki, bu sözləri xarizmatik Cəmil “STAR” müxbirimizlə söhbətində deyib. İfaçı bildirib ki, Türkiyədə çıxartmağa hazırlaşdığı yeni sinqlından söz açıb: “Tezliklə İstanbula gedirəm. Artıq işlərə start vermişik.Yeni sinqlımda yer alacaq mahnını artıq dəqiqləşdirmişik. Mahnını hamı eşidib, amma adını deyə bilmərəm. Mahnını məşhur simalardan biri aranjiman edəcək. Siz bu mahnının bilirsiniz. Hətta sizə deyim ki, belə bir xəbərlər də çıxacaq: “Heç kimin edə bilmədiyini, Azərbaycan oğlu etdi. Türklər belə bunu etmədi”. Bu cümlələr mənim növbəti piarımdandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir