Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Xəbər.info.az

Bazar günü Bakıda dəm qazından zəhərlənən üç nəfərdən ikisi ölüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Fevralın 9-da səhər saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evin hamamında 26 yaşlı İman Hörmətovun meyiti tapılıb.

Bundan başqa bildirilir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 14 yaşlı Nərgiz Həmmədli də dəm qazından zəhərlənərək ölüb.

Xəzər rayonunun Binə qəsəbəsində isə 16 yaşlı Fatimə Ağayeva dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabahın havası: Qar yağacaq, yollar buz bağlayacaq

Bazar günü Bakıda dəm qazından zəhərlənən üç nəfərdən ikisi ölüb. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Fevralın 9-da səhər saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evin hamamında 26 yaşlı İman Hörmətovun meyiti tapılıb. Bundan başqa bildirilir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 14 yaşlı Nərgiz Həmmədli də dəm qazından […]

Subscribe US Now