Azərbaycanda poçt müdiri ailə üzvləri ilə birgə öldü – DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI

Xəbər.info.az

Dünən səhər saatlarında Muğanlı-İsmayıllı-Şəki yolunun İsmayıllının Bilzan kəndindən keçən hissəsində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat vermişdik.

Publika.az xəbər verir ki, Qəbələyə turist aparan “Mercedes” markalı avtobusa çırpılan “VAZ 2107”də olan ailə üzvləri Şəki rayonunun Qayabaşı kəndindən olub. Belə ki, kənddəki poçt filialının müdiri olan 44 yaşlı İlham Quliyev həyat yoldaşı və 2 körpə övladı ilə birlikdə Şəkidən Bakıya – paytaxtda yaşayan qayınatasıgilə qonaq gedərkən qəza baş verib. Nəticədə İ.Quliyevlə yanaşı həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva vəfat edib. Ailədən yalnız azyaşlı Elcan Quliyev sağ qalıb, hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Dəhşətli qəzada vəfat edən ailə üzvləri bu gün Qayabaşı kənd qəbiristanlığında dəfn ediləcəklər.

Qeyd edək ki, qəza Bilzandakı kafelərdən birinin qarşısında baş verib. Sərnişin avtobusu minik avtomobili ilə toqquşduqdan sonra aşıb və xeyli sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı

Dünən səhər saatlarında Muğanlı-İsmayıllı-Şəki yolunun İsmayıllının Bilzan kəndindən keçən hissəsində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat vermişdik. Publika.az xəbər verir ki, Qəbələyə turist aparan “Mercedes” markalı avtobusa çırpılan “VAZ 2107”də olan ailə üzvləri Şəki rayonunun Qayabaşı kəndindən olub. Belə ki, kənddəki poçt filialının müdiri olan 44 yaşlı İlham […]

Subscribe US Now