Azərbaycanda məktəb direktorunun qoyunlarını canavar parçaladı

Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.

XEBER.İNFO.AZ-ın ona-ya istinadla verdiyi xəbərə görə, ötən gün rayonun Yenicə kənd orta məktəbinin direktoru Cəmil İbrahimova məxsus qoyunlar örüş sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb.

Yırtıcılar 2 baş qoyunu öldürüb, 3 baş qoyunu yaralayıb. Məlumata görə, iki gün öncə kəndin daha iki sakininə məxsus 7 baş qoyun canavar hücumuna məruz qalaraq tələf olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir