Azərbaycanda internetin qiyməti təxminən 70 faiz azalacaq – VAXT AÇIQLANDI

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial islahatlar paketi və əhalinin rifahının yaxşılaşdırılması üçün yeni inqilabi addımlar atılmaqda davam edir. Belə addımların atılması son zamanlar mütəmadi xarakter alıb.

“Delta Telekom LTD” MMM istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kompaniyaların keçirilməsini planlaşdırır.

XEBER.İNFO.AZ xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunacaq:

“Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir. Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər. İnanırıq ki, bu sahədə fəaliyyət göstərən operatorlarla birgə fəaliyyətimiz nəticəsində “Delta Telekom LTD” MMM-in bu addımını hər bir istifadəçi öz evində və mobil telefonunda hiss edəcəkdir. Ölkəmizin sakinlərinə və qonaqlarına bayramlar ayı olan may ayından başlayaraq “Delta Telekom LTD” MMM-in sərfəli kompaniyasına qoşulmuş provayderlərin xidmətindən istifadə etməklə yüksək sürətli internet xidməti vasitəsilə xoş xəbərlər almağı arzu edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir