Azərbaycanda faciəvi şəkildə ölən müəllimənin FOTOLARI

Xəzər rayon Binə qəsəbəsi 117 saylı orta məktəbi mayın 7-nə keçən gecə Baku Medical Plaza klinikasında müəllimə Lətafət Şirəliyevanın ölümü ilə bağlı başsağlığı yayıb.

Məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışmış L.Şirəliyevanın ruhu bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, L.Şirəliyeva 12 illik həsrətdən sonar əməliyyat yolu ilə övlad dünyaya gətirib. Lakin sonradan onun səhhəti ağırlaşıb və yenidən Baku Medical Plazaya yerləşdirilib. Bir müddət xəstəxananın reanimasiya şöbəsində müalicə alan 40 yaşlı təhsil işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Baku Medikal Plaza hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: “Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar ritm, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır”.

Azərbaycanda faciəvi şəkildə ölən müəllimənin FOTOLARI
Azərbaycanda faciəvi şəkildə ölən müəllimənin FOTOLARI
Azərbaycanda faciəvi şəkildə ölən müəllimənin FOTOLARI

XEBER.İNFO.AZ publika.az-a istinadən vəfat edən müəllimənin bəzi fotolarını təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu proqramları telefonunuzdan təcili silin, yoxsa... - XƏBƏRDARLIQ

Xəzər rayon Binə qəsəbəsi 117 saylı orta məktəbi mayın 7-nə keçən gecə Baku Medical Plaza klinikasında müəllimə Lətafət Şirəliyevanın ölümü ilə bağlı başsağlığı yayıb. Məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışmış L.Şirəliyevanın ruhu bir dəqiqəlik sükutla anılıb. Qeyd edək ki, L.Şirəliyeva 12 illik həsrətdən sonar əməliyyat yolu ilə övlad dünyaya gətirib. […]

Subscribe US Now