AZƏRBAYCANA İLİN İLK MEDALLARINI KARATEÇİLƏR QAZANDIRDI

Karate üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvləri – Hüseyn Məmmədli (-57 kq) və Fidan Dadaşova (-47 kq) Xorvatiyanın Samobor şəhərində keçirilən 28-ci Qran Pri turnirinin mükafatçıları olub.

ARANTV.AZ xəbər verir ki, H.Məmmədli qızıl medal, F. Dadaşova isə bürünc mükafat qazanıb.

Dünən başlamış və sabah başa çatacaq ənənəvi yarışda yeniyetmə və gənclər seçmə komandamızın 22 üzvü iştirak edir. Qran Pri turnirinə 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi qatılıb.

Qeyd edək ki, Xorvatiya səfəri karateçilərimiz üçün 8-10 fevral tarixlərində Danimarkanın Albo şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

YEREVANDA ETİRAZÇILARLA POLİS ARASINDA TOQQUŞMA – VİDEO

Karate üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvləri – Hüseyn Məmmədli (-57 kq) və Fidan Dadaşova (-47 kq) Xorvatiyanın Samobor şəhərində keçirilən 28-ci Qran Pri turnirinin mükafatçıları olub. ARANTV.AZ xəbər verir ki, H.Məmmədli qızıl medal, F. Dadaşova isə bürünc mükafat qazanıb. Dünən başlamış və sabah başa çatacaq ənənəvi yarışda yeniyetmə və gənclər seçmə komandamızın 22 üzvü […]

Subscribe US Now