Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlandı

Xəbər.info.az

Azərbaycan çempionunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

XEBER.INFO.AZ apa-ya istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü Arzuman Abbasovun yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, hadisə ötən gün Ramana qəsəbəsi Bünyatzadə küçəsində ev 30/2-də qeydə alınıb. Həmin mənzildə yaşayan 2002-ci il təvəllüdlü Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Onu da qeyd edək ki, Arzuman Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Xalq artistidir, gənc ifaçıları aşağılayır"

Azərbaycan çempionunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. XEBER.INFO.AZ apa-ya istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü Arzuman Abbasovun yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq […]

Subscribe US Now