Aygün açıq havada konsert verəcək – Foto

Xalq artisti Aygün Kazımova 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə konsert verməyə hazırlaşır. XEBER.İNFO.AZ xəbər verir ki, “Aygün şou” adlı konsert saat 20:00-da Heydər Əliyev Mərkəzinin parkında start götürəcək. Gecədə sənətçi tamaşaçılara maraqlı repertuar təqdim edəcək. Qeyd edək ki, konsertə giriş sərbəstdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir