“Qiyamətin əlaməti”: Nəhəng bulud ABŞ sakinlərini dəhşətə gətirdi – VİDEO

Xəbər.info.az

ABŞ-ın Rod-Aylend ştatının sakinlərini qeyri-adi təbiət hadisəsi dəhşətə gətirib. “Daily Star” xəbər verir ki, günbatana doğru insanlar onların üzərinə nəhəng buludun yaxınlaşdığını görüblər. Şahidlər uzunluğu yüzlərlə kilometr olan bu qorxulu “səma divarını” lentə almağa nail olublar. Koronavirus səbəbindən əsəbləri gərgin olan insanlar bunu “qiyamətin əlaməti” adlandırıb.

UNİCEF-dən koronavirusla bağlı TÖVSİYƏLƏR

Xəbər.info.az

Son zamanlar koronavirus xəstəliyi (COVID-19) haqqında yayılan hər bir məlumat gərginliyi daha da artırır. Lakin təmkinli olmaq və qaydalara riayət etmək lazımdır. Mövcud vəziyyətdən narahat olan uşaqlar varsa, onlara bu vəziyyəti uyğun şəkildə izah etmək gərəkdir. Uşaqlar narahatlıq, stres və kədər hisslərinə xüsusilə həssas olduqlarına görə, internetdə və ya televizorda gördükləri, […]

Türkiyə koronavirusla mübarizəyə 100 milyard lirə ayırdı

Xəbər.info.az

Türkiyə hökuməti koronavirusla mübarizəyə 100 milyard lirə (265,600,000 AZN) vəsait ayırıb. “Anadolu” xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi bu paket “İqtisadi Sabit Qalxan” (Ekonomik İstikrar Kalkanı) adlanır. Ərdoğan Çankaya Köşkündə koronavirusla bağlı iclasdan sonra virusla mübarizə üçün hökumətin belə bir qərar verdiyini açıqlayıb.

Prezidentdən sərəncam: Baş nazir ildə iki dəfə…

Xəbər.info.az

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Həmçinin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin […]

La Liqa klubunun 6 futbolçusunda koronavirus aşkarlandı

Xəbər.info.az

İspaniyanın “Espanyol” klubunun 6 futbolçusu koronavirusa yoluxub. “Report” xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytı oyunçuların adlarını açıqlamayıb. Futbolçularla yanaşı, texniki heyət üzvlərinin də testlərinin müsbət nəticələndiyi bildirilib. Qeyd edək ki, La Liqa rəhbərliyi çempionat oyunlarını aprelin əvvəlinə kimi təxirə salıb. UEFA AVRO-2020-nin 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verib.

Bakıda dəhşət: Əks yola çıxan BMW ağır qəza törətdi – VİDEO

Xəbər.info.az

Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb.  Avtosfer.az xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində baş verib.  Belə ki, 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan BMW markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı maşınla toqquşub. Sürücü BMW markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün zərbənin təsirindən öncə […]

Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olublar- VİDEO

Xəbər.info.az

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri […]

Seçkilərdən sonrakı müxalifət

Xəbər.info.az

Plan və proqramlarını açıqladılar Parlament seçkilərindən 40 gün keçir. Seçkilərdə parlamentə düşməyən müxalifətin qarşıdakı dövr üçün plan və proqramları varmı? Koronavirusun və neftin qiymətlərinin enməsinin dünya üçün gətirdiyi böhrana müxalifət düşərgəsinin münasibəti necədir? Müxalifət qarışıqlıq və panikadan öz siyasi çıxarları üçün istifadə edərmi, iqtidardan vurulmuş məmurlar təmas, bağlılıq istəsə, onlarla […]

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Xəbər.info.az

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımı […]

Prezident bu agentliyə vəsait ayırdı

Xəbər.info.az

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) […]

Azərbaycanda dörd nəfər koronavirusdan sağaldı – RƏSMİ

Xəbər.info.az

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş dörd nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya […]

Putin: “Virusun yayılmasını dayandırdıq”

Xəbər.info.az

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılmasının qarşısını almağa nail olduqlarını açıqlayıb. Bu barədə “Haber Global” məlumat yayıb. “Virusun insanlar arasında müəyyən yaş göstəricilərinə görə yayıldığını bilirik. Virus yaşlı nəsildə daha çox aşkarlanır. Ölkəmizdə koronavirusa yoluxma halları 93-96 arasındadır. Digər ölkələrdə bu, qat-qat artır. Buna qarşı tədbirləri artırıb daha fəal […]

Koronavirusa görə sahibkarlara dəstək təklifləri hazırlanır – ŞƏRH

Xəbər.info.az

Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimallaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib. Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib. O bildirib ki, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərinin minimallaşdırılması üçün bu tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olardı: “Həm sahibkarlar, həm də vətəndaşlar […]

Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub – Cəbhə xəttindəki son durum

Xəbər.info.az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun […]

Gəncədə mənzildə yaşlı kişinin meyiti aşkarlandı

Xəbər.info.az

Gəncədə mənzildən meyit tapılıb. “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan […]

Mərkəzi Bankın sədri: Əlli beş ABŞ dolları neftin kifayət yüksək qiymətidir

Xəbər.info.az

“Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin enməsinə kifayət qədər dayanıqlıdır”. “Report” xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda bütün sosial-iqtisadi proqramlar neftin 2015-ci ildən bu günə olan qiymətlərinə uyğunlaşıb: “Bildiyiniz kimi, 2015-ci ildən sonra bir sıra tədbirlər […]

Zahid Oruc: “Əgər parlamentin rəhbər strukturlarındakı model icra hakimiyyətlərinin aşağı pillələrinə daşınsa…”

Xəbər.info.az

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin yaz sessiyasının son iclasında çıxış edib. Musavat.com deputatın çıxışını təqdim edir. “Parlamentə, hakimiyyətin ikinci qoluna xanımın sədrlik etməsi son dərəcə taleyüklü dövrdə Azərbaycanda formalaşmaqda olan yeni siyasi sistemin tələblərinə uyğun olaraq qanunverici orqanın rəhbər strukturlarını xalqın gözləntilərinə uyğunlaşdırmağa kömək edəcək, eyni zamanda […]

Azərbaycanda keçmiş vəzifəli şəxs koronavirusa görə karantinə alındı – FOTO

Xəbər.info.az

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.   Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb. Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb. Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir. Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd […]

Bu ölkələrdəki Azərbaycan vətəndaşlarına müraciət edildi

Xəbər.info.az

Azərbaycanın İndoneziyadakı səfirliyi akkreditə olduğu ölkələrdə yeni tip koronavirus (COVlD-19) epidemiyasının sürətlə yayılması ilə bağlı bu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət edib. Səfirlikdən verilən xəbərə görə, diplomatik korpusun akkreditə olduğu ölkələr – İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə […]

Azərbaycandan Rusiyanın bu şəhərinə də uçuşlar dayandırılır

Xəbər.info.az

Azərbaycan hökuməti yanında operativ qərargahın təhlükəsizlik tədbirlərinə əsasən, Rusiyanın bəzi şəhərləri ilə hava əlaqəsi dayandırılıb. TASS-ın xəbərinə görə, bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub. Azərbaycan Hava Yolları tərəfindən Bakı-Ufa-Bakı reysi ilə uçuşlar martın 17-dən etibarən dayandırılır. Ufa ilə yanaşı, Kazan, Surqut, Mineralnıye Vody, Krasnoyarsk və Yekaterinburqa da uçuşlar ləğv […]

Subscribe US Now