Amsterdamda ÇL-in ikinci finalçısı müəyyənləşəcək

UEFA Çempionlar Liqasında bu gün ikinci finalçının adına aydınlıq gələcək.

XEBER.İNFO.AZxəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək görüşdə “Ayaks” İngiltərənin “Totenhem” klubunu qəbul edəcək.

Londondakı ilk görüşdə “Ayaks” meydan sahiblərini 15-ci dəqiqədə Doni van de Beekin vurduğu yeganə qolla məğlub etməyi bacarmışdı. Cari mövsümün sürpriz komandası kimi Madrid “Real”ı və “Yuventus”u kənarlaşdırmış “Ayaks” artıq bu cütdə favorit hesab edilir.Lakin dünənki “Liverpul” – “Barselona” görüşü bir daha göstərdi ki, futbolda istənilən nəticə qeydə alına bilər. 

Komandaların heyətində bəzi itkilər var. “Ayaks”da yenə burkina fasolu Hassan Bande topuğundakı zədə üzündən oynaya bilməyəcək. Həmçinin Karel Eytinqin də dizində zədəsi var.

Qarşı tərəfdə isə aparıcı hücumçu Hari Keynin mövsümü erkən başa vurduğu hamıya bəllidir. Bundan başqa, kolumbiyalı Davinson Sançes və Hari Uinks də zədəlidir deyə meydana çıxa bilməyəcəklər.

“Ayaks”da braziliyalı David Neres, “Totenhem”də isə Fil Dişi Sahilindən olan Serj Orye və argentinalı Erik Lamelanın zədəsi var deyə oynamaları sual altındadır.

Qeyd edək ki, bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü almaniyalı Feliks Brix idarə edəcək.oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir