Şəkidə vəziyyət uruscadır… – GİLEY

Araşdırmaçı jurnalist Məmməd ƏHMƏDOĞLU Həmidov “Şəki Rayon Mərkəzi Xəstəxanasında genişmiqyaslı korrupsiya halları, həkimlərin səhlənkarlığı nəticəsində valideynlərinin itkisi” barədə müraciətinin Şəki Rayon Prokurorluğunun 05 noyabr 2019-cu il tarixli əsassız qərarı ilə ört-basdır edilməsi barəsində Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və Səhiyyəə naziri Oktay Şirəliyevə ünvanladığı şikayətində Şəki Rayon prokurorluğunda aparılan araşdırmanın qeyri-obyektivliyindən, irimiqyaslı korrupsiya faktlarının ört-basdır edilməsindən faktlar və rəqəmlər üzrə xronoloji ardıcıllıqla bəhs etmiş və onun tərəfindən qaldırlan ictimai və dövlət əhəmiyyətli məsələnin yenidən araşdırılması üçün saytımız vasitəsilə təkrar müraciət etmişdir. Müraciəti olduğu kimi təqdim edirik:

Cənab Prezident! Müstəqil mətbuatda çalışdığım dövrdə həmişə əsas vaxtımı ictimai və dövlət əhəmiyyətli məsələlərin araşdırılmasına həsr etmişəm. Əsasən irimiqyaslı korrupsiya və qanunpozuntusu hallarının vaxtında qarşısının alınması üçün apardığım araşdırmaları ictimaiyyətə və aidiyyatı orqanlara təqdim etmiş, beləliklə də müstəqil dövlətimizə qarşı bütün sahələrdə planlaşdırılan iqtisadi sabotajların qarşısını nisbətən almağa çalışmışam. Güman edirəm ki, buna qismən də olsa nail omuşam. Çünki, iqtisadi cinayətkarlıqla bağlı dövlətimizi sarsıdan məsələlərlə bağlı müxtəlif vaxtlarda şəsən Sizə etdiyim müraciətlərə dərhal reaksiya vermiş və problemlər həllini tapmışdır.
Cənab prezident, Sizin 2-11-ci ilin noyabrın 17-də açılışında şəxsən iştirak etdiyiniz müasir tipli Şəki RMX-nın yeni korpusunda mən 2019-cu ilin mayın 25-də və avqustun 21-də əvvəl anamı, sonra isə atamı həkim səhlənkarlığı ucbatından itirdim. Əziz xəstələrimizə görə ağ xalatlı cəlladlar əvvəlcə dərimizi soydular, xəstəmizi MRT kabinetində girov götürdülər, səhv müalicə edib valideynlərimizin ölümünə səbəb oldular. Sonda isə heç hüzürümüzə də gəlib sadəcə üzürxahlıq belə etmədilər. Məsləilə bağlı qısa araşdırmalardan sonra valideynlərimin ölümünə səbəkar olmuş səhlənkar həkimlərin cəzalandırılması, Şəkidə Səhiyyə korrupsiyasının dərhal qarşısının alınması barədə faktlar və sənədlər üzrə respublikanın direktiv orqanlarına 16 sentyabr 2019-ci il, təkrar olaraq 18 noyabr 2019-cu il və 2 1 dekabr və son dəfə 12 yanvar 2020-ci il tarixində rəsmi müraciətlər etmişdim. Müraciətim araşdırlması üçün Şəki Rayon prokurorluğunda prokuror köməkçisi cənab Vüqar Hacıyevin icraatına verilmişdir. Valideynlərimin səhv diaqnoz qoyulmasıilə sonda onların ölümlərinə səbəbkar olmuş həkimlərin fəaliyyətilə bağlı toplanmış sənədlər Səhiyyə Nazirliyinin daxili təhqiqatlar şöbəsinə göndərilsə də aradan keçən aylar ərzində Səhiyyə Nazirliyi Şəki Prokurorluğuna cavab verib, verməməsini bilmirik.Amma hesab edirk ki, bu cavablara elə də ehtiyac yoxdur çünki, lazımi sənədlərin hamısı prokurorluğa tərəfimizdən təqdim olunmuşdu. Eləcə də Hesablama Palatası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasında baş vermiş və verməkdə davam edən irimiqyaslı korrupsiya faktlarının araşdırlması da Səhiyy Nazirliyinə rəsmən 3 dəfə həvalə edilsə də, nədənsə SN-yi bu cinayət faktların açılmasında hələlik maraqlı görünmür. Digər tərəfdən AR-nın Baş Prokurorluğunda istintaqa nəzarət idarəsinin rəis müavini cənab Adil Vəliyevin imzasıilə bir neçə gün əvvəl daxil olmuş rəsmi məktubda bildirilir: “Aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 05 noyabr 2019-cu il tarixdə AR CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmiş qərarın surəti Sizə göndərilməklə şikayət vermək hüququnuz izah edilmişdir.”

Əvvəlcə 16 sentyabr 2019-cu il tarixli müraciətimə 130 gündən sonra Baş Prokurorluq tərəfindən nəhayət cavab aldığıma görə prokuror cənab Adil Vəliyevə minnətdarlığımı bildiriəm. Onu da ilk olaraq qeyd edim ki, Şəki Rayon Prokurorluğu tərəfindən ya mən , ya da Şəkidən yerli prokurorluğa ərizə vermiş hər hansı şəxs araşdırmanın nəticəsi barədə heç vaxt cavab məktubu almır.( Məslən, şəhid ailəsi Sadiq Əbdürəhimovun şikayəti Şəki rayon Prokurorluğunda müstəntiq Tural tərəfindən ört-basdır edilmiş və 24 oktyabr 2019-cu ildə “cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız qərar qəbul etsələrdə, bu qərarı indiyədək ərizəçiyə göndərməyiblər.) Alsaydım, dərhal Prokurorluğun əsassız 05 noyabr qərarından şikayət verərdim. Ərizəmə əlavə edilmiş sübutlar – həkim reseptləri, kardioqramma lentləri, MRT tomoqrafiyanın nəticələri, reanimasiyada müşahidə kamera qeydləri, şahid ifadələri və şikayətçinin izahatları alınmadan, Şəki MRX-da baş vermiş və verməkdə davam edən çoxsaylı korrupsiya faktları araşdırılmadan və sonda qeyd etdiyim digər xüsusat olan “tender oyunbazlığına” görə dövlət büdcəsindən xəstəxananın cari təmir adına ayrılmış 6.4 milyon vəsaitin mənimsənilməsi faktları araşdırılmadan ört basdır edilmişdir. Son nəticədə də heç bir cinayət hadisəsinin olmaması barədə Baş Prokurorluğa yalan məlumatlar verilmişdir.Və hətta yalandan bildirmişlər ki, 05 nayabr qərarı mənə göndərilməklə şikayət vermək hüququm mənə izah edilibmiş. Halbuki Prezident cənab İlham Əliyevin “Vətəndaşların müraciətlərinin cavablandırlması haqqında “ məlum sərəncamına zidd olaraq Şəki Rayon Prokurorluğu bizə rəsmən cavab məktubu göndərməmişdir. Valideynlərimin həkim səhlənkarlığı ucbatından vəfat etmələri ilə bağlı bir daha bildirmək istəyirəm ki, təqdim edilmiş ölüm şəhadətnaməsində qeyd edilən “ağ ciyərlərin plevrit” xəstəiyi nəticəsi qeyd edilsə də həkim Əflatunun və Reanimasiya şöbəsinin müdiri Vasif həkimin xəstəni infarkt diaqnozu ilə müalicə etmələri, resepdə yazdıqları 6 növ dərmanlar ona əks təsir göstərmiş və səhv müalicə xəstə Simuzər Məmmədovanın ölümünə səbəb olmuşdur. Bu faktı araşdırmaq üçün ekspert olmaq belə lazım gəlmir. Atam Əhməd Həmidovun vəfat etməsinə isə baş həkim əvəzi Sərxan Musayevin qanunsuz formada xəstəyə təcili lazım olan dərman preparatlarını seyfində gizlətməsi və Reanimasiyta şöbəsinə verməməsinin nəticəsində baş vermişdir. Çünki bu kateqoriyalı dərmanların apteklərdə satışına icazə verilmir. Və Səhiyyə Nazirliyi bu tip dərmanları reanimasiya şöbəsinin təchiz olunması üçün göndərir. Lakin Şəki RMX-nın baş həkim müavini vəzifəsindən süi-istifadə edərək, səlahiyyət həddini aşması nəticəsində xəstəyənin həyatda qalması üçün vacib dərmanı alver predmeti məqsədilə qanunsuz olaraq özündə saxladığı üçün reanimasiya şöbəsində yerləşəın bütün kasıb xəstələr bilərəkdən vaxtından əvvəl məhv edilirlər. Bunun adı qətliyamdır. Və bu ölüm hallarına görə məsuliyyət birbaşa məsuliyyət korrupsiya mexanizmini qurmuş baş həkimin üzərinə düşür. Hətta iş o yerə çatıb ki, 14 iyul 2019-cu il tarixində Şəki “Xan Sarayının qarşısında budağı qırılan ağacın xəsarət yetirdiyi 33 yaşlı Xatirə Ağamalıyevanın bud nahiyyəsinin sınıqları diaqnozulə Şəki RMX-nın reanimasiyasına yerləşdilimiş ağır xəstə cənab prezident İlham Əliyevin şəxsi nəzarətində olmasına baxmayaraq 1 sutkadan sonra baxımsızlıq ucbatından vəfat etmişdir. Çünki onun kasıb anası Şəmkirdən gəlib çatanadək həkim Sərxan Musayev ona vacib dərmanla təmin edə bilməzdi. Həmişə olduğu kimi. Hətta mərhuməni FHN-nin helikopterinə mindirərkən azərbaycanlı olduğuna görə onu xərəkdən düşürərək yenidən Şəki RMX-nın reanimasiya şöbəsinə yerləşdirmişlər. Əgər xəstənin vəziyyəti bu dərəcədə ağır isidsə niyə Şəki RMX-nın rəhbərliyi passiv tamaşaçı kimi gözlərini döymüş və xəstənin qaytarılmasına etiraz etməmişlər? Yerli prokurorluq isə baş vermiş ölüm faktına görə hələ də cinayət işi açmaqda maraqlı deyildir.

Kənd yerlərində müasir tipli doğum şöbələrinin əsassız olaraq bağlanmasının səbəblərini qeyd etsəm də prokurorluq məsləni araşdırmamışdır. Budur, nəticədə, 22 yanvarda 50 nəfər Baş Göynük kənd qadınları SpaceTV-nin qaynar xəttinə zəng edərək etiraz aksiyası keçirmiş və müasir tipli doğum evi şöbəsinin dərhal açılmasını, biologiya müəllimi olan baş həkimin ixtisaslı həkimlə əvəz edilməsini tələb etmişlər. Biz də 4 ay əvvəl qeyd etmişdik ki, Şəki kəndlərində dövlətin ayırdığı külli-miqdarda vəsaitlər hesabına tikilib istifadəyə verilmiş müasir tipli bu şöbələr Azərbaycanın digər regionlarından fərqli olaraq yalnız Şəki rayonunda baş vermişdir. Məqsədləri isə mərkəzləşmiş formada hər yeni doğulan uşağa görə 400 manat rüsumun əldə edilməsi olmuşdur. Prokuror bu faktı araşdırmaq istəyirsə 2018-2019-cu illərdə ,Şəki RMX-da hər yeni doğulan uşağın valideyninə seçmə üsulu ilə dəvət edərək nə qədər xərcinin çıxmasını soruşa bilərdi.

Son yazdığımızı korrupsiya faktı isə Şəki rayon Prokurorluğu tərəfindən ümumiyyətlə araşdırlmır. , Şəki Mərkəzi Xəstəxanasının əsaslı və cari təmirlər adı altında hər ili ayrılan 4-6.5 milyon manat pulların taleyi həmişə olduğu kimi qaranlıq qalmaqdadır. Doğrudur, xəstəxananın cari təmiri adı altında məsələn, 2019-cu ilin yanvar və oktyabr ayları üçün
keçirilən formal tenderlərdə 3 lot üzrə yerli oliqarx məmurlardan birinə məxsus olan və nizamnamə kapitalı cəmi 10 manat göstərilən “Şəki Səyyar Tikinti-F” MMC-yə 6.547.000 manat dövlət vəsaitinin ayrılmışdır. Yəni, Şəki RMX-sı üçün nəzərdə tutulan 7 milyon manat vəsaitin 90 faizinin cari təmir adı altında faktiki olaraq mənimsənilməsi baş vermişdir. Çünki bu işlərin yalnız kosmetik icrasının görüntülərinin şahidi olmaq olar. Eləcə də, bu azmış kimi Şəki şəhər İcra Hakimiyyəti də “Şəki Səyyar Tikinti-F” MMC-yə şəhərin Çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri üçün də 2482491 manatlıq müqavilə bağlamışdır. Bəs “görülüb yekunlaşmış bu işlərə” inşaatçı ekspertlər nə qədər vəsait sərf edilməsi barədə rəy verə bilərlərmi? Əsla. Çünki ekspertlər adətən reallığa qiymət verirlər. Budur, 2011-ci ilin yanvarın 27-də dövlət qeydiyyatına alınmış, VÖEN-i 3000578701, ünvanı Ş əki şəhəri, Salmaz mümtaz küçəsi ev 6, Nizamnamə kapitalı 10 manat olan və Kərimov Sahib Məmməd Kərim oğlunun adına olan “Şəki Səyyar-Tikinti-F” MMC-nin tenderlərdə daima qalib” gəldiyi irihəcmlı layihələri həyata keçirməyə nə lazımi avadanlığı-texnikası var, nə də işçi qüvvəsi. Qısası, bu MMC ilə Şəki şəhər İH-ti və Şəki RMX-sı rəhbərliyi gizli sövdələşərək ayrılan dövlət vəsaitlərinin bir hissəsini pay mal edirlər.Yoxsa ki, Şəki RMX-nın ehtiyac olan o qədər sahələrin qarşısında ayrılan vəsaitin 90 %-nin yalnız cari təmir adı altında məsrəf edilməsi anlaşılan deyildir. Biz bu faktları qaldırdığımız halda Şəki rayon Prokurorluğunun külli-miqdarda dövlət vəsaitlərinin talan olunmasıilə müşayət olunan halların araşdırlmasınada həvəsli görünməməsi sadəcə başa düşülən deyil.
Yuxarıda qeyd etdiyimiz həkim səhlənkarlığı, vacib dərmanların gizlədilməsi ucbatından Şəki RMX-da baş vermiş çoxsaylı ölüm faktlarına, son illərdə əsas təyinatlar üzrə Şəki RMX-nın şişirtmə rəqəmlərlə avtoparkının yenilənməsi, ehtiyat hissələrinin alınması üçün illik 2400 manat pulun və aylıq yanacaq talonlarla təmin edilməsi üçün aylıq 140 manat pulların kağız üzərində necə məsrəf olunmasını, xəstələrə yemək və dərman verilməsi adı altındasənədləşdirilən, lakin faktiki olaraq xəstə sahibləri tərəfindən həkim reseptləri əsasında apteklərdən alınmış dərmanların, şişirdilmiş dəftərxana və digər təsərrüfat avadanlıqlarının alınmasına sərf edilən dövlət vəsaitinin necə məsrəf olunmasını, tender oyunbazlıqlarını və digər maliyyə maxenasiyalarını təyin olunmuş ekspert rəyləri nəticəsində asanlıqla araşdırmaq olardı.Lakin çox təəssüf olsun ki, Şəki Rayon Prokurorluğu son 4 ayda 5 dəfə qaldırdığımız müxtəlif xüsusatlar üzrə Şəki RMX-da baş verən və verməkdə davam edən irimiqyaslı korrupsiyua faktlarını araşdırmaq əvəzinə, ört-basdır etməklə məşğuldur. Ona görə də hesab edirəm ki, 05 noyabr 2019-cu il tarixli, AR CPM-nin 39.1.1 maddəsini rəhbər tutaraq verdiyi əsassız qərarın ləğv edilməsini, sadaladığım faktların yerində təqdim etdiyimiz sənədlər üzrə araşdırılmasını Səhiyyə Nazirliyinin Daxili təhqiqatlar İdarəsinə, Hesablama Palatasına və Baş Prokurorluğa həvalə edilməsi zəruriəti yaranmışdır.
Çoxhörmətli Prezident! Bütün araşdırmalarımın nəticəsində gəldiyim qənatə görə hesab edirəm ki, Şəki Rayon Prokurorluğu son vaxtlar Sizin apardığınız islahatlardan çox geridə qalmışdır. Ona görə də bütün digər sahələr kimi prokurorluq orqanlarında da köklü islahatların aparılması zəruriyyəti yaranmışdır.
Mən bir daha rəsmən bəyan edirəm ki, Müstəqil Azərbaycan Dövlətinin qurulması üçün Milli Azadlıq Hərəkatında iştirak etmiş bir fəalı, ictimai nəzarət funksiyasını həyata keçirən mətbu orqanın rəhbəri kimi çoxhörmətli cənab prezident İlham Əliyevdən, cənab nazir Oktay Şirəliyevdən və Baş prokuror cənab Zakir Qaralovdan bir daha xahiş edirəm ki, son 4 ildə Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verən həkim səhlankarlığına, maliyyə və digər qanunpozuntularının araşdılılmasına və günahkarların tezliklə müəyyənləşdirilərək əməllərinə hüqiqi qiymətin verilməsinə göstəriş verəsinz ki, digər sadə insanlar əzizlərini bizim kimi itirməsin, dövlət büdcəsi korrupsiyalaşmış dəstə tərəfindən talan edilməsin. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

P.S. Müraciətdən də göründüyü kimi əsasən korrupsiya araşdırmaları üzrə araşdırmaçı jurnalist, Beynəlxalq Korrupsiya Hərəkatının Azərbaycan nümayəndəliyilə əməkdaşlıq edən Məmməd Əhmədoğlunun 4 dəfə təkrar təqdim etdiyi və ciddi faktlara istinad edilən ərizəsinə Şəki Rayon Prokurorluğu tərəfindən saymazyana reaksiya verilməsi, ümumiyyətlə prokurorluq orqanlarının regionlarda apardığı qanunlara nəzarət funksiyasının reallıqda hansı vəziyyətdə olmasından əyani xəbər verir. Ümidvarıq ki, dövlətimizin başçısı ona Şəki Rayon Mərkəzi Xəstəxanasında yalan vədlər verən, əslində isə dövlətin vətəndaşlarımızın sağlamlığı üçün ayırdığı milyonlarla manat vəsaitlərin korrupsiyalaşmış mütəşəkkil dəstə tərəfindən necə mənimsənildiyini şəxsi nəzarəti altında araşdırılmasına göstəriş verəcəkdir. Və təbii ki, araşdırmaların nəticəsindən asılı olmayaraq prokurorluq orqanlarında da köklü islahatların keçirilməsinə Parlament seçkilərindən sonra start veriləcəkdir.
Aktualinfo.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mingəçevirin icra başçısı "dağın başından" nə zaman düşəcək? - İlham İsmayılov "pokazuxalıq" edibmiş...

Araşdırmaçı jurnalist Məmməd ƏHMƏDOĞLU Həmidov “Şəki Rayon Mərkəzi Xəstəxanasında genişmiqyaslı korrupsiya halları, həkimlərin səhlənkarlığı nəticəsində valideynlərinin itkisi” barədə müraciətinin Şəki Rayon Prokurorluğunun 05 noyabr 2019-cu il tarixli əsassız qərarı ilə ört-basdır edilməsi barəsində Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və Səhiyyəə naziri Oktay Şirəliyevə ünvanladığı şikayətində Şəki Rayon prokurorluğunda […]

Subscribe US Now